Tarix: 18.03.2019 22:50
Mənbə:
Baxışlar: 177

Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirilmişdir

Mart ayının 18-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd - sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə olan dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir.
Şənlikdə sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum və məcburi köçkün, həmçinin aztəminatlı və şəhid ailələrindən olan 300 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
 Tədbirdə iştirakçılar üçün bayram süfrəsi, əyləncəli proqram təşkil edilmiş və bayram hədiyyələri paylanılmışdır.