Tarix: 2018 dekabr 11
Mənbə:
Baxışlar: 286

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi

11 dekabr 2018-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının Dövlət Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev Olimpiya və dünya çempionları, müəllim və tələbə heyətinin iştirakı ilə ümumilli lider Heydər Əliyevin xatirəsi anılmışdır. 
Anım tərbirinin əsas məqsədi müstəqil Azərbaycanın banisi olan dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri və görkəmli nailiyyətləri haqqında gənc nəsli məlumatlandırmaq, ümummilli liderin əziz xatirəsini yad etməkdir. Bu məqsədlə tədbir zamanı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilmiş, daha sonra isə Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbin tələbələri tərəfindən Ümummilli Liderin sevimli mahnıları ifa olunmuşdur.
Tədbirdə iştirak edən dövlət rəsmiləri xüsusi olaraq qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həm idmana, həm təhsilə münasibət kökündən dəyişmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahat yönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi olmuşdur.