Tarix: 2018 mart 05
Mənbə:
Baxışlar: 1564

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra bayram münasibətilə 50-dək velosipedçinin iştirakı ilə Şəhidlər xiyabanının qarşısından Fəvvarələr meydanına doğru yürüş keçirilib.
5 mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə təsis edilib. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Daha sonra, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda, Fəvvarələr meydanında tədbir təşkil olunub.
Tədbirdə 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər.
Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər.
Sonra müxtəlif viktorinalar təşkil olunub. İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.



“5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə əlaqədar idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında

            Ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərini, Respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərini nəzərə alaraq, eləcə də müvafiq idman təşkilatları, rayon (şəhər) gənclər və idman idarələrinin təqdimatlarına və 2017-2020-ci illər üçün Vahid İdman Təsnifatına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyası

Qərara alır:  

1. Aşağıda adları göstərilən idman mütəxəssislərinə «Azərbaycan Respublikasının Fəxri  Bədən Tərbiyəsi və İdman İşçisi» fəxri adı verilsin:

1. Rəhimov İslam
Rafiq oğlu Bakı şəhəri 8 saylı İOEUGİM-də qılıncoynatma üzrə məşqçi-müəllim vəzifəsində işləyir.

2. Hüseynova İradə 
Əli qızı Bakı şəhəri Nizami rayonu 129 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyir.

3. Quliyev Rauf Mirzəhüseyn oğlu Lənkəran şəhər UGİM-də boks üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

4. Məmmədov Cəbrayıl İslam oğlu Astara rayon UGİM-də dərs hissə müdiri, 2013-cü ildən isə məktəbin direktoru vəzifəsində işləyir.

5. Məmmədov Nadir Əmrulla oğlu Siyəzən rayon Gənclər və İdman İdarəsinin  rəisi vəzifəsində işləyir.

6. Qafarov Mürsəl Aydın oğlu “Lokomotiv” Voleybol klubunun icraçı direktoru vəzifəsində işləyir.  

7. Mustafayev Məmmədvəli Lütvəli oğlu Azərbaycan Zorxana İdman Federasiyasının vitse-prezidenti vəzifəsində işləyir.

8. Hacıyev Hikmət Həsənqulu oğlu Azərbaycan Respublikası DİN-nin İC-də kikboksinq üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

9. Həsənov Fəxrəddin Məmiş oğlu “Sumqayıt” futbol klubunun meneceri vəzfəsində işləyir.

10. Əliyeva Fəridə Eynulla qızı Azərbaycan Həndbol Federasiyasında məşqçi-müəllim vəzifəsində işləyir.   

11. Mirzəyev İbrahim Abbas oğlu Naxçıvan şəhər UGİM-də məşqçi-müəllim vəzifəsində işləyir. 

12. Mənsimzadə Binyamin Mənsim oğlu AHİİTA  İB-nin Təşkilatı işlər, kadrlar və idman şöbəsinin müdiri vəzifəsində işləyir.


13. Bağırov Etibar 
Nadir oğlu Azərbaycan Respublikası DİN-nin İdman Cəmiyyətində cüdo üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

14. Hüseynov İlkin Səməndər oğlu Gəncə şəhər 2 saylı Uşaq Gənclər İdman Şahmat məktəbində baş təlimatçı vəzifəsində işləyir.  

15. Mehdiyev Sevindik Əbil oğlu Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt filialının sədri vəzifəsində işləyir.

16. Ağakişiyev Sənani
Səyaf oğlu Azərbaycan Juboksinq Citsu İdman klubunda baş məşqçi vəzifəsində işəyir.  

17. Əsgərov Elmar
Eldar oğlu OEQİUG futbol məktəbində məşqçi-müəllim vəzifəsində işləyir.


2. Aşağıda adları göstərilən məşqçi-müəllimlərə «Azərbaycan Respublikasının Əməkdar məşqçisi» fəxri adı verilsin: 

1. Allahverdiyev Məhəddin
İsmayıl oğlu Respublika Yüksək İdman Ustalığı məktəbində yunan-roma güləşi üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

2. Fazilov Natiq
Aydın oğlu Respublika Yüksək İdman Ustalığı Məktəbində kamandan oxatma üzrə baş məşqçi vəzifəsində işləyir.  

3. Fətullayev Emin
Ağalar oğlu “Atilla” İK-da cüdo üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

4. Hüseynov Natiq
İsa oğlu Qazax rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də sərbəst güləş üzrə baş məşqçi vəzifəsində işləyir.  

5. Səlimov Baharəddin Fəxrəddin oğlu Uşu üzrə milli yığma komandanın böyük məşqçisi vəzifəsində işləyir.  

6. Nəsibov Sahib 
Cəmil oğlu Beyləqan rayon Mədəniyyət evində idman metodisti vəzifəsində işləyir.  

7. Bəhrəmov Şümşət Vahid oğlu Cüdo üzrə qadınlardan ibarət yığma komandada  məşqçi-müəllim vəzifəsində işləyir.  

8. İsmayılov Ramil Məhəmmədəli oğlu Cüdo üzrə gənclərdən ibarət yığma komandada baş məşqçinin köməkçisi vəzifəsində işləyir 

9. Baxşıyev Tahir 
Vaqif oğlu Təhsil RİM 2 saylı RİOEUGİM-də basketbol üzrə baş məşqçi vəzifəsində işləyir.  

10. Əhmədov Cəsarət
Mehman oğlu Azərbaycan Qol güləşi Federasiyasının prezidenti vəzifəsində işləyir.  

11. Səfərov Oruc
Qorxmaz oğlu Azərbaycan Kyokuşin Karate Federasiyasında məşqçi-müəllim vəzifəsində işləyir. 

12. Hüseynov Vahid
Ömər oğlu Bakı şəhəri 16 saylı UGİM-də sambo üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

13. Xudaverdiyev Seymur Rəşid oğlu Bakı şəhəri 17 saylı UGİM-də karate üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

14. Şirinov Vaqif 
Şirin oğlu Azərbaycan Boks Federasiyasının baş məşqçisi vəzifəsində işləyir.  

15. Heydərov Nemət Əliməmməd oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Kütləvi-sağlamlıq idman növləri kafedrasında baş müəllim vəzifəsində işləyir.  

16. Əhmədov Əzizağa Atababa oğlu AR DİN-nin İdman Cəmiyyətində idman-təlim şöbəsinin baş inspektoru vəzifəsində işləyir.  

17. Fərzalıyev Elşad Gürşad oğlu İmişli rayon UGİM-də məşqçi-müəllim və eyni zamanda Azərbaycan Budo Federasiyasında məşqçi-müəllim vəzifəsində işləyir.  

18. Qurbanova İrana Zaurovna “Şahmat-Dama” İctimai Birliyində şahmat üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

19. Əsədov Arif 
Gülağa oğlu “Sabah” FK-da baş məşqçi vəzifəsində işləyir.  


20. Yaqubəliyev Məqsəd İbrahim oğlu “Keşlə” FK-da məşqçi vəzifəsində işləyir. Eyni zamanda U-19 futbol komandasının baş məşqçisi vəzifəsində çalışır.  

21. Mərdanov Dönməz Qaryağdı oğlu Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən UGŞİM-nin direktoru vəzifəsində işləyir. 

22. Səfərov Rizvan
Zakir oğlu “Təhsil” RİM-nin Gəncə filialında basketbol üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

23. Səmədov Camaləddin Balaxan oğlu Neftçala rayon UGİM-də ağır atletika üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  


24. Hadıyev Əkbər Fərhad oğlu Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasında  qrapplinq üzrə məşqçi vəzifəsində işləyir.  

25. Allahverdiyev Ağadədə Ağarazi oğlu UGİŞM-də sərbəst güləş üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  


26. Müslümov Həbib Qaçabəy oğlu Xaçmaz rayon UGİM-də sərbəst güləş üzrə məşqçi-müəllim vəzifəsində işləyir.  

27. Həsənov Elnur 
Ziyafət oğlu Azərbaycan Respublikası DİN-nin İdman Cəmiyyətində Fiziki hazırlıq şöbəsinin rəisi vəzifəsində işləyir.  

28. Abdulov Orxan Cavanşir oğlu Bakı şəhəri 4 saylı İOEUİŞM-də məşqçi-müəllim vəzifəsində işləyir.  

29. Məmmədov Atəş
Məmməd oğlu Mingəçevir şəhər 10 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. 

30. Yusifov Natiq  
Faiq oğlu “Orbita” İK-da kikboksinq üzrə məşqçi-müəllim vəzifəsində işləyir.

31. Hidayətzadə Elnur
Rəhim oğlu “Təhsil” RİM-nin Sumqayıt filialında stolüstü tennis üzrə məşqçi-müəllim vəzifəsində işləyir.


3. Aşağıda adları göstərilən şəxslərə «Respublika dərəcəli hakim» fəxri adı verilsin:

1. Süleymanov Kamil
Tahir oğlu Həndbol üzrə respublika səviyyəli yarışlarda hakim və katib kimi fəaliyyət göstərir.

2. Mirzəyev Mayis
Bayram oğlu Şahmat üzrə respublika səviyyəli yarışlarda baş hakimin müavini və baş katib kimi fəaliyyət göstərir.

3. Rəhimov Elşən Nizaməddin oğlu Akademik avarçəkmə üzrə respublika səviyyəli yarışlarda hakim kimi fəaliyyət göstərir.

4. Mikayılov Xəqani 
Tahir oğlu Akademik avarçəkmə üzrə respublika səviyyəli yarışlarda hakim kimi fəaliyyət göstərir.

5. İsmayılov Elgiz 
Kazım oğlu Akademik avarçəkmə üzrə respublika səviyyəli yarışlarda hakim kimi fəaliyyət göstərir.

6. Süleymanov Zülfüqar Dilavər oğlu Ağır atletika üzrə respublika səviyyəli yarışlarda hakim kimi fəaliyyət göstərir.


7. Qurbanov Qurban Rəhim oğlu Akademik avarçəkmə üzrə respublika səviyyəli yarışlarda hakim kimi fəaliyyət göstərir.

8. Babayev Rasim 
Aslan oğlu Kayak-kanoe avarçəkmə üzrə respublika səviyyəli yarışlarda hakim kimi fəaliyyət göstərir.


4. Aşağıda adları göstərilən idmançılara «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası» fəxri adı verilsin:

1. Quliyev Xəyal
Yusif oğlu Budo üzrə idman ustasıdır. Budo üzrə 3 dəfə Avropa və dünya çempionatının qalibi olmuşdur.

2. Ratkeviç Yuliya Nikolayevna Qadın güləşi üzrə dünya və Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı, 2012 London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olmuşdur.

3. Mustafayev Bayram
Bəxtiyar oğlu 2016-cı il Rio  Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı olmuşdur. 

4. Məmmədova Aynur
Tofiq qızı Para-taekvondo idman növü üzrə dünya, Avropa çempionatlarının qalibi  və mükafatçısı olmuşdur.

5. Hüseynov Babək 
İslam oğlu Kunq-fu üzrə 3 dəfə dünya çempionatının, 3 dəfə Avropa çempionatının qalibi olmuşdur.

6. Namazov Vüqar 
Binnət oğlu Poverliftinq üzrə 5 dəfə dünya və 2 dəfə Avropa çempionatının qalibi olmuşdur.

7. Rzayev Ramin 
Əli oğlu Poverliftinq üzrə 6 dəfə dünya və 4 dəfə Avropa çempionatının qalibi olmuşdur. 

8. Məmmədyarov Şəhriyar Həmid oğlu Şahmat üzrə 3 dəfə Avropa çempionu adını qazanmışdır. Dünya reytinq cədvəlində II yerə layiq görülmüşdür. Beynəlxalq qrossmeysterdir.

9. Ələsgərov Azad
Nurəddin oğlu Kikboksinq üzrə dünya və Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı olmuşdur.

10. Əkbərov Tale
Fikrət oğlu VKC karate-do üzrə 3 dəfə Avropa çempionatının və 2 dəfə dünya çempionatının qalibi olmuşdur.