Sabirabad

Sabirabad Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 26-da istifadəyə verilib.
Ümumi sahəsi 6,4 hektar olan kompleksin əsas korpusunda idman zalı (tamaşaçı tutumu 600 nəfər), 2 trenajor zalı, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Bundan əlavə üzgüçülük kompleksi, açıq tipli voleybol və mini futbol meydançaları, qaçış zolağı, 28 yerli mehmanxana və 3 kotec (hər biri 4 nəfərlik) mövcuddur. Üzgüçülük kompleksində hovuz (tamaşaçı tutumu 196 nəfər), trenajor zali, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Əsas idman zalının ölçüsü 40m x60 m, tamaşaçı tutumu 432 nəfər, Uzgüçülük hovuzunun ölçüsü – 25m x 11.5m, tamaşaçı tutumu 150 nəfər, Trenajor zalının ölçüsü isə 13m x 9m-dir.
Kompleksdə mini-futbol, voleybol, basketbol, üzgüçülük, stolüstü tennis, güləş və atletika idman növlərinin inkişafı üçün hər bir şərait yaradılıb.
Sərbəst güləş, boks, mini-futbol, sambo, karate, trenajor, üzgüçülük, stolüstü tennis bölmələri fəaliyyət güstərir.

Ünvan: AZ-5400, Sabirabad rayonu, Qalaqayın kəndi.


printerçap versiyası


E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1214

Partnyorlar