Quba

2003-cü il oktyabrın 11-də istifadəyə verilib. 16 hekatarlıq ərazidə yerləşən böyük istirahət və idman ocağı həm də geniş imkanları ilə seçilir. Burada futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün hər bir şərait var. 
Kompleksdə otel otaqları ilə yanaşı, 2 mərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200-nəfərlik konfrans salonu da var.
Ərazidəki 5 zaldan böyüyü 2000 tamaşaçı tutur. 2 kiçik zaldan biri trenajorlar, digəri isə boks meydançası ilə təchiz olunub. Köməkçi zaldan isə güləşçilər faydalana bilirlər.
Kompleksdə bir çox idman yarışını da təşkil etmək üçün hər bir şərait var. 10 soyunub geyinmə, tibb məntəqəsi, komutator, mühafizə otagı, operator, texniki şöbə kimi otaqlar xidmətin səviyyəsini artırmağa kömək edir.
5100 tamaşaçı tutumu olan futbol meydançası da bu idman növününü tələblərinə uyğun bütün şəraitlə təchiz olunub. 50 metrlik üzgüçülük hovuzu da həm məşq, həm də yarışların keçirilməsinə tam yararlıdır. Burada 10 cığırlı üzmə zolağı, 1010 nəfərlik 3 tamaşaçı tribunası var.
Burada 3-mərtəbəli 24 otaqlı (11 otaq 2-nəfərlik, 9-u 3-nəfərlik, 4-ü 4-nəfərlik olmaqla) mehmanxana, habelə 24 birmərtəbəli, 6 ikimərtəbəli kottec, 2 apartament yüksək səviyyəli xidməti ilə seçilir.

Ünvan: AZ-4000, Quba şəhəri, Quba-Bakı magistralı, 4-cü km.
Telefon: 0169-5-1517, 0169-5-29-85 


printerçap versiyası


E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1214

Partnyorlar