Oğuz

Oğuz Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 20-də istifadəyə verilib. 4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 575 tamaşaçı yerlik tribunaları olan universal idman salonu, trenajor, 100 yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar daxildir. Digər korpusda 25 metrlik üzgüçülük hovuzu vardır. Kompleksin ərazisində 1850 yerlik tribunaları olan və beynəlxalq standartlara cavab verən futbol stadionu, voleybol, basketbol meydançaları, tennis kortu tikilmiş, idmançıların qalması və istirahəti üçün hərəsi dördnəfərlik 5 kottec tikilmişdir. Stadiona Türkiyədən gətirilmiş süni örtük döşənmişdir.
İdman qurğusunun nasos stansiyası, transformatoru, qazanxanası, hər birinin tutumu 400 kubmetr olan 2 ehtiyat su anbarı, yanğından mühafizə məntəqəsi də vardır. 

Ünvan: AZ-4800, Oğuz şəhəri, H.Əliyev küçəsi, 1.


printerçap versiyası

← əvvəlki    1  2  3    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1245

Partnyorlar