İdman növü: Sərbəst güləş
Tutduğu yer: 2
İl: 1952
Keçirilmə yeri: Helsinki

Rəşid Məmmədbəyov

Məmmədbəyov Rəşid Qarabəy oğlu 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olmuşdur.

1942-ci ildən Rza Baxşəliyevin başçılığı altında idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb.

Keçmiş SSRİ Çempionatlarının 5 qat gümüş mükafatçısı olmuşdur.

1952-ci ildə ilk azərbaycanlı idmançı olaraq Finlandiyanın Helsinki şəhərində keçirilən Yay Olimpiya Oyunlarında  gümüş medal qazanmışdır.

1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir.

1952-ci ildə SSRİ-nin Əməkdar İdman Ustası fəxri adını almışdır.

04 dekabr 1970-ci ildə Bakı şəhərində vəfat etmişdir.