İdman Sənədləri

 

 

 

 

A Z Ə R B A Y C A N   R E S P U B L İ K A S I  P R E Z İ D E N T İ N İ N

 

S  Ə  R  Ə  N  C  A  M  I

 

 

 

 

«2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi

 Dövlət Proqramı»nın təsdiq edilməsi barədə

 

 

 

          Azərbaycan Respublikasında şahmat sahəsində mövcud potensialı və əldə olunmuş yüksək nəaliyyətləri nəzərə alaraq, şahmata dövlət qayğısının daha da artırılması, o cümlədən onun maddi-texniki təminatının möhkəmləndirilməsi, elmi-metodiki və normativ-hüquqi bazasının təkmilləşdirilməsii məqsədi ilə qərara alıram:

 

         1. «2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur).  

 

         2. Bu Sərancamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Gənclər və İdman  Nazirliyi müəyyən edilsin.

 

         3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

         4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

 

 

 

 

                                                                                                 İlham Əliyev

                                                                       Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri,  «_5_»       may           2009-cu il

 

 

       №  260_

 

 

 

 

 

 Azərbaycan Respublikası Prezidentinin                                                                                                                                                                                

 2009-cu il 5 may  tarixli 260 nömrəli                                                                                                                                                                   

  Sərəncamı ilə təsdiq edilmişdir

 

 

 

 

2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi

 Dövlət Proqramı

 

 

  1. 1.  Ümumi əsaslar

 

            1.1. Giriş 

 

        Azərbaycanda geniş yayılmış idman növlərindən biri olan şahmat zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Ötən əsrin 70-ci illərindən etibarən Azərbaycan Respublikasında şahmata böyük diqqət göstərilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmışdır. Şahmata sahəsində əldə edilən nəaliyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikada şahmata göstərilən marağı daha da artırmışdır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində 40 minə yaxın uşaq və yeniyetmə məşğul olur.

        Dövlət tərəfindən göstərilən yüksək qayğı şahmatçılarımızın beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratmışdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri keçən müddət ərzində Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələrə nail olmuş, 75 medal, o cümlədən 25 qızıl medal qazanmışlar. Hazırda Azərbaycanda 22 beynəlxalq qrossmeyster, 15 beynəlxalq usta, 8 FİDE ustası və 8 benəlxalq hakim vardır. FİDE-nin 2009-cu ilin aprelində elan etdiyi reytinq cədvəlində Azərbaycan 153 ölkə arasında 5-ci yerdə qərarlaşmışdır.

        Xalqın intellektual səviyyəsini nümayiş etdirən bir idman növü kimi şahmat Azərbaycanın dönyada daha geniş tanınmasında mühüm rol oynayır. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda keçirilməsi Azərbaycana  beynəlxalq miqyasda etimadın artması kimi qiymətləndirilə bilər.

        Şahmatçılarımızın uğurları və şahmat sahəsindəki mövcud potensial bu idman növünün gələcəyinin təmin edilməsi istiqamətində konkret tədbirlər görülməsini zəruri edir. “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”  (bundan sonra –Dövlət Proqramı) ölkədə şahmatın daha da inkişaf etdirilməsi və beynəlxalq yarışlarda yeni nailiyyətlərin qazanılmasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

 

 

 

        1.2. Dövlət Proqramının əsas məqsəd və vəzifələri                                                                        

 

         Dövlət Proqramının əsas məqsədi «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikasının Qanununa, habelə bədən tərbiyəsi və idmana aid digər normativ hüquqi aktlara uyğun olaraq şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə şahmatın və onun infrastrukturlarının daha da inkişaf etdirilməsini, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin etməklə ölkənin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılmasından ibarətdir.

            Həmin məqsədə nail olmaq üçün aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsi zəruridir:         

         - şahmatın infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək;

         - şahmat mütəxəssislərinin hazırlanması və yenidən  hazırlanması sistemini təkmilləşdirmək;

         -  şahmatın tədrisini ümumtəhsil məktəblərində dərs proqramına daxil etmək;

         -  şahmatla bağlı məlumat-maarifçilik və təbliğat işini gücləndirmək;

      - şahmat sahəsində qabaqcıl texnologiyaların, kompüter və kompüter proqramlarının tətbiqi işini sürətləndirmək;

        -  beynəlxalq şahmat təşkilatları ilə əlaqələri inkişaf etdirmək;

        -  əhalinin bütün təbəqələrinin şahmat məktəbləri və klublarından istifadəsinə şərait yaratmaq.  

 

     1.3.   Azərbaycan Respublikasında şahmatın inkişafının əsas istiqamətləri

 

       2009-2014-cü illərdə ölkədə şahmatın inkişafının aşağidakı əsas istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulur:

        - dünyada şahmat sahəsində qabaqcıl dövlətlərinin təcrübəsindən istifadə edərək  Azərbaycan Respublikasının  ümumtəhsil məktəblərində mərhələli surətdə  şahmatın tədrisinə başlanılması;

           - şahmat üzrə Azərbaycan dilində yeni tədris proqramlarının işlənib hazırlanması;

        - şahmat üzrə metodik vəsait və tövsiyyələrin hazırlanması;            

        - şagird və tələbələrin şahmat üzrə çempionatlarının təşkil edilməsi;

           - şahmatçıların və şahmat üzrə milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionat və birinciliklərində, Ümumdünya Şahmat Olimpiadasında, klub komandalarının dünya və Avropa turnirlərində iştirakının təmin edilməsi;          

       - şahmat üzrə mütəxəssislərin hazırlanması sisteminin təkmilləşdirilməsi;

          - şahmatın təbliğ edilməsi;

          - şahmatın inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi.

 

 

         1.4. Gözlənilən nəticələr

 

          Dövlət Proqramının həyata keçirilməsindən aşagıdakı nəticələrə gözlənilir:

       - cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsi;                                                             

       - şahmatın populyarlaşması və maddi-texniki bazasının inkişafı nəticəsində ölkənin ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsil müəssisələrində, uşaq-gənclər şahmat idman məktəblərində şahmatla məşğul olan uşaq və gənclərin sayının artması;         

       -  beynəlxalq miqyasda Azərbaycan Respublikasını təmsil etməyə layiq olan beynəlxalq səviyyəli peşəkar şahmatçıların hazırlanması.

 

 

            1.5. Dövlət Proqramının maliyyə təminatı

 

 

            Dövlət Proqramı dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcəkdir.

 

2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

 

 

Tədbirin adı İcraçılar İcra
müddəti
(illər üzrə)

 

2.1. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi

 

2.1.1. Şahmatla bağlı normativ hüquqi sənədlərin təkmilləşdirilməsi Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2010
2.1.2. Şahmatçıların transferi məsələlərinin FİDE normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırılması Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2010
2.1.3. «Gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif Sorğu Kitabçası»na şahmat üzrə təlimatçı- idmançı və şahmat üzrə məşqçi-müəllim vəzifələrinin əlavə edilməsi Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi ( Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  təklifləri nəzərə alınmaqla) 2009-2010
2.1.4. Hər bir yüksək dərəcəli şahmatçı üçün fərdi inkişaf proqramının hazırlanması Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014
2.1.5. Dünya və Avropa səviyyəli turnirlərdə iştirakı ali, orta ixtisas və ümumtəhsil məktəblərində imtahan dövrünə düşdüyü hallarda şahmatçıların həmin dövrdə imtahanlardan azad edilməsi mexanizminin hazırlanması Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2010

 

2.2.Şahmatın inkişafı sahəsində fəaliyyətin təşkili və idarə olunması

 

2.2.1. Respublika Olimpiya İdman Liseyində şahmat bölməsinin açılması Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2010
2.2.2. İdman ustalığının artırılması məqsədi ilə qabaqcıl şahmatçıların şahmatın inkişaf etdiyi ölkələrə ezam olunması, dünyanın tanınmış şahmat ustalarının Azərbaycan Respublikasına dəvət olunaraq istedadlı şahmatçılarla məşqlərin və eynivaxtlı oyun seanslarının təşkil edilməsi Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014
2.2.3. Qrossmeyster məktəblərinin təşkil edilməsi Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014
2.2.4. Azərbaycanın qabaqcıl məşqçi və hakimlərinin beynəlxalq seminarlara ezam olunması Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014
2.2.5. Azərbaycan Respublikasının görkəmli şahmat ustalarının xatirəsinə və ya şərəfinə, o cümlədən əlamətdar günlərə həsr olunmuş turnirlərin keçirilməsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyət orqanları (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) mütəmadi
2.2.6. Azərbaycanda şahmat üzrə «Prezident Kuboku» adı altında FİDE-nin yüksək kateqoriyalı ənənəvi superturnirinin təşkili və keçirilməsi Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014
2.2.7. Klub komandaları arasında dünya və Avropa çempionatlarında iştirak edəcək Azərbaycanın klub komandasının yaradılması və onun hazırlığının təmin edilməsi Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014
2.2.8. Beynəlxalq və yüksək reytinqli turnirlərdə uğurlu nəticələr göstərmiş idmançılar üçün təcrübəli və beynəlxalq dərəcəli məşqçilərin cəlb edilməsi Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014
2.2.9.  Şəraiti olan şahmat məktəbləri və klublarının dərsdənkənar vaxtlarda əhalinin bütün yaş təbəqələri nümayəndələrinin fəaliyyəti üçün açıq olması Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyət orqanları (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) mütəmadi

 

2.3.  Şahmatın maddi-texniki bazasının möhkəmləndirilməsi

 

2.3.1. Şahmat məktəbləri və klublarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kompüter avadanlıqları, kompüter programları və müasir şahmat inventarları ilə təmin edilməsi, həmçinin genişzolaqlı  internet şəbəkəsinə qoşulmasıGənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla)2009-2014
2.3.2. Yığma komandaların hazırlığının müasir tələblərə uyğun yüksəldilməsi Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014
2.3.3. Şahmat Sarayının tikintisi Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014

 

2.4. Kadr təminatı

 

2.4.1. Azərbaycanın qabaqcıl şahmatçılarının Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına şahmat ixtisası üzrə qəbul imtahanları zamanı ümumi fiziki hazırlıq normalarının qismən endirilməsi və şahmat bölməsinə tələbə qəbulu sayının artırılmasıGənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla)2009-2014
2.4.2 Şahmat üzrə məşqçi-müəllimlər və hakimlər üçün ixtisasartırma kurslarının təşkil edilməsiGənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla)2009-2014

 

 

2.4.       Elmi-metodiki və informasiya təminatı

 

 

2.5.1. Yeni şahmat dərslikləri, metodiki vəsaitlər və tədris proqramların hazırlanmasıGənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla)2009-2014
2.5.2. Şahmat üzrə mətbuat orqanının bərpa edilməsi Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla)2009-2010
2.5.3. Milli yığma komandaların psixoloqlarla təmin edilməsi Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi (Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla) 2009-2014