İdman Siyasəti

Heydər Əliyev respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: “kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir.”

Fərəhli haldır ki, “Dostluq-84” yarışlarının təşkilat komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi: “Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir. Olimpiya Oyunları böyük bir idman hadisəsidir və deyə bilərəm ki, dünya miqyasında çox böyük ictimai hadisədir.
Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Çünki qeyd etdiyim kimi, idman ictimai həyatın mühüm hissəsidir. Tikilən idman qurğuları, sosial infrastrukturun yeniləşməsi, - bütün bunlar sosialyönümlü tədbirlərdir.” Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 861 saylı fərmanına əsasən Azərbaycan Respublikası gənclər və idman nazirliyi yaradıldı. 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanına əsasən Azərbaycandada İdman Fondu yaradıldı (1995). İdmanın inkişafı üçün Prezident Fondundan vəsait ayrıldı. Azərbaycan Respublikası Prezidentinin Fondundan müstəsna hal kimi İdman Fonduna 2 milyard manat vəsait ayrılmışdır. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmana münasibət dəyişdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman hərəkatı tarixində ilk dəfə Milli Məclis “Bədən Tərbiyəsi və İdman Haqqında” Qanun qəbul etmişdir (23.12.1997). 18 aprel 2001-ci ildə Azərbaycan Respublikası gənclər, idman və turizm nazirliyi (ARGİTN) yarandı.

1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) növbəti sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev MOK-un prezidenti seçilmişdir. 1997- ci il MOK-un fəaliyyətində əsas dönüş ili kimi tarixə düşüb. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti cənab Cak Roq vermişdir: “Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olmalıdır, Azərbaycan MOK-dan nümunə götürməlisiniz”. O, bunu dünyanın digər milli olimpiya komitələrinə müraciətində demişdir.

Azərbaycan idmançılarının XXVIII-ci Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respblikasınının Prezidenti İlham Əliyevin imzaladığı “XXVIII-ci Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı əsas zəmin yaratmış oldu (05.06.2003).

2004-cü il iyulun 31-də Milli Olimpiya Komitəsinin inzibati binasında Rusiya Olimpiya Komitəsi ilə Azərbaycan Olimpiya Komitəsi arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfindən MOK-un birinci vitse-prezidenti, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Rusiya tərəfindən isə Rusiya Olimpiya Komitəsinin prezidenti Leonid Tyaqaçov imzalamışlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il noyabrın 30-dan dekabrın 1-dək Qətər dövlətində rəsmi səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərlə yanaşı Azərbaycan MOK və Qətər MOK arasında idman sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalanmışdır. Sənədi Azərbaycan MOK-un baş katibi Ağacan Abiyev və Qətər Baş nazirinn birinci müavini, xarici işhlər naziri Həməd bin Jasim bin Jabir Al Tani imzalamışlar. İmzalanmış sənəd idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı marağı əks etdirir. Sənəddə Azərbaycan mütəxəssislərinin Qətərə dəvət olunması və yerli idman mütəxəssislərinin hazırlanmasına kömək göstərilməsi nəzərdə tutulur.

“Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı” dövlət proqramı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 181 nömrəli sərəncamı ilə təsdiq edildi (30.08.2004).

Azərbaycanda Olimpiya Hərəkatının və idmanın qısa müddətdə belə sürətli inkişafı Milli Olimpiya Komitəsinə İlham Əliyevin rəhbərliyi sayəsində reallığa çevrilmişdir. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Hərəkatının inkişafındakı müstəsna xidmətlərini yüksək qiymətləndirilmiş, Beynəlxalq Olimpiya Komitəsinin ən ali mükafatı – “Olimpiya ordeni” ilə təltif edilmişdir.

Çox fərəhli haldır ki, bədən tərbiyəsi və idmana dövlətin qayğısı və diqqəti nəticəsində on illik yubiley ilində idman sahəsində əməyi olanlar 25 “Şöhrət” ordeninə, 49 “Tərəqqi” medalına, 8 Olimpiya təqaüdünə, 24 fərdi təqaüdə, 21 əməkdar müəllim, 31 əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 2008-ci ildə bədən tərbiyəsi və idman günündə 20 nəfər idmançı “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi”, 3 nəfər idman jurnalisti “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülmüş,     5 nəfərə isə Azərbayjan Respublikası Prezidentnin fərdi təqaüdləri verilmişdir.
Fərəhli haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kiçik bir zaman kəsiyində – 10 illik dövrdə Respublikamızda bədən tərbiyəsi və idman sahəsində bir sıra sərəncam və fərmanlar imzalamışdır. Belə ki,.Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən 2006-cı il yanvarın 30-da Azərbaycan Respublikası gənclər, idman və turizm nazirliyi ləğv edilmişdir. Konstitusiyanın həmin maddəsinə əsasən yeni, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirliyi və Azərbaycan Respublikası gənclər və idman nazirliyi yaradılmışdır. 2005-ci il 4 mart tarixli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının və “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi, 2005-ci il 10 oktyabr tarixli “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalamış fərmanlar Respublikamızda bütün idman ictimaiyyətinə verilən yüksək qiymətin təzahürüdür. 2005-ci il sentyabrın 24-də Bakıda MDB ölkələri Beynəlxalq İdman Konfederasiyasının, Azərbaycan Respublikası gənjlər, idman və turizm nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Zəhmətkeşlərin V Beynəlxalq İdman Oyunları start götürdü. Burada 9 ölkənin – Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Gürjüstan, Moldova, Qazaxıstan, Türkmənistan və Qırğızstanın 1145 atleti mübarizə aparmışdır. Oyunlar badminton, voleybol, ağırlıqqaldırma, atletika, futzal, stolüstü tennis, kəndirdartma, üzgüçülük, stiritbol idman növləri üzrə keçirilmişdir.

MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal qazandılar (9 qızıl,12 gümüş və 16 bürünc). Ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması əlamətdar hadisə olmuşdur. Azərbaycan idmançılarının XXIX-cu Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “XXIX-cu Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı əsas zəmin yaratmış oldu (24.07.2006-cı il). 27 avqust 2009-cu il tarixində “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalamışdır. Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması da növbəti əlamətdar hadisə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə 2012-ci il ölkədə “İdman ili” elan olunmuşdur. Azərbaycan idmançılarının XXX-cu Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “XXX-cu Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı əsas zəmin yaratmış oldu (03.07.2012-ci il). 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisə olmuşdur.

Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar 19 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki növbəti XXXI Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır (12.08.2015). 2016-cı il 17-19 iyun tarixlərində Bakı şəhərində Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin keçiriləcəyi şəhərlər sırasına daxil olması idman tariximizə yazılan növbəəti uğurdur.  İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərar Azərbaycanda məmnunluqla qarşılanmışdır. 2012-ci ildə ölkəmizdə 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi böyük uğur kimi qeydə alınmışdır. 2016-cı ildə 17 yaşadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının 3 qrup oyunun və 1 dörddə bir final mərhələsinin Bakıda keçirilməsi haqda qərarlar ölkəmizdə aparılan idman siyasətinin uğurlarındandır.