Prezident Mükafatçıları
İl: 2016

Aslanov Elvin Namiq oğlu

Aslanov Elvin Namiq oğlu - İctimai fəaliyyət ilə məşğul olur. Azərbaycan Turizm və Menecment Universitetinin magistr pilləsində təhsil alır. 2008-ci ildən “Azərbaycan Tələbələri” İctimai Birliyinin sədridir. Birliyin Avropa Tələbələr Birliyinə və Avropa Gənclərinin Mobillik Şəbəkəsinə üzv seçilməsində yaxından iştirak edib. Hazırda Avropa Gənclərinin Mobillik Şəbəkəsinin İdarə Heyətində təmsil olunur. Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədr müavinidir. 2013-cü ildə Avropa İttifaqının Şərqi Avropa və Cənubi Qafqaz ölkələri üzrə Mərkəzinin Azərbaycan üzrə informasiya təmsilçisi olub. Böyük Britaniya, İsrail, İtaliya, Polşa, Macarıstan, Estoniya, Makedoniya, Albaniya, Çexiya, Ukrayna, Gürcüstan və Türkiyədə keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.