Prezident Mükafatçıları
İl: 2016

Əliyev Ramiz Təvəkkül oğlu

Əliyev Ramiz Təvəkkül oğlu - İctimai fəaliyyət ilə məşğul olur. Azərbaycan İctimai-Siyasi Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsində təhsil alıb. Gənclər Təşkilatları Milli Şurasında sədr müavinidir. 2004-2005-ci illərdə UNİCEF-in Sumqayıtdakı Resurs Mərkəzinin rəhbəri olub. 2006-cı ildən “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədridir. Azərbaycanda könüllü fəaliyyətinin təbliği və inkişafı istiqamətində, həmçinin gənclərlə əlaqəli müxtəlif istiqamətlərdə 30-dan çox yerli və beynəlxalq layihələrin müəllifidir. Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində layihələrin həyata keçirilməsində fəal iştirak edib. 50-dən çox beynəlxalq təlimlərin, seminarların və konfransların iştirakçısıdır. 2012-ci ildən “Birlik” Beynəlxalq Gənclər İctimai Birliyinin Mərkəzi Nəzarət komissiyasının üzvüdür.