Prezident Mükafatçıları
İl: 2016

Hoca Qəniyev Elvin Xeyrəddin oğlu

Hoca Qəniyev Elvin Xeyrəddin oğlu - Skripka ifaçısıdır. İsveçrənin Kalaidos Tətbiqi Elmlər Universitetində "Skripka" ixtisası üzrə təhsil alır. Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb. "Klassik İrs" adlı beynəlxalq müsabiqədə, K.Lipinski və Q.Venyavski adına gənc skripka ifaçılarının Xl Beynəlxalq müsabiqəsində, "Madrid Gecələri" adlı ll Beynəlxalq müsabiqə-festivalında, P.İ.Çaykovski adına Gənc musiqiçilərin Vll Beynəlxalq müsabiqəsində, D.Oystrax adına skripka ifaçılarının beynəlxalq müsabiqəsində laureat adını qazanıb. Albaniya, Almaniya, Avstriya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Fransa, Gürcüstan, İtaliya, İspaniya, İsveçrə, Qazaxıstan, Misir, Norveç, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Yunanıstan kimi ölkələrdə keçirilmiş mədəni tədbirlərdə məşhur musiqiçilərlə və prezident orkestrı ilə eyni səhnədə çıxış edib.