Prezident Mükafatçıları
İl: 2016

Nəcəfli Nərmin Etibar

Nəcəfli Nərmin Etibar qızı - Fortepiano ifaçısıdır. Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetində "Fortepiano" ixtisası üzrə təhsil alır. Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş l Respublika musiqi müsabiqəsində Qran Pri mükafatına, Estoniyada keçirilən lX Beynəlxalq Şopen müsabiqəsində və Böyük Britaniyada keçirilən gənc pianoçuların V Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb. Fransa, Litva, Almaniya, Rusiya, Polşada keçirilən beynəlxalq musiqi festivallarında və konsertlərdə solo proqramlarla çıxış edib. Parisdə YUNESKO-nun baş qərargahında, Reims, Strasburq, Brüssel, Vaşinqton, Moskvada keçirilən dövlət əhəmiyyətli tədbirlərdə dəfələrlə konsert proqramları ilə çıxış edib. 2 dəfə İtaliyada solo konserti təşkil edilib. Gənclər və İdman Nazirliyi tərfindən 2012-ci ildəki nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.