Prezident Mükafatçıları
İl: 2015

Seyidova Ceyla

Seyidova Ceyla - İtaliyanın Fasano şəhərində keçirilən I Beynəlxalq musiqi müsabiqəsində laureat, Spivakov adına VII Beynəlxalq Musiqi Festivalında laureat adına, Belçikanın Nəmur şəhərində keçirilən "Bravo" IV Beynəlxalq musiqi müsabiqəsində I yerə, Ukraynanın Lvov şəhərində keçirilən Yuri Başmet adına IV Beynəlxalq musiqi festivalında diploma layiq görülümüşdür. Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl" kitabına yazılıb. Gənclər Simfonik Orkestrinin tərkibində bir sıra xarici ölkələrdə keçirilən konsert proqramlarında solist və konsertmeyster kimi çıxış edib. Gənclər və İdman Nazirliyi tərfindən 2013-cü ildəki nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.