Prezident Mükafatçıları
İl: 2014

İsmayıllı İlyas

İsmayıllı İlyas - İctimai fəaliyyət ilə məşğul olur. Azərbaycan Skautlar Assosiasiyasının sədridir. 20-dən çox beynəlxalq skaut tədbirində, 5 ölkədaxili skaut tədbirində iştirak etmişdir. 2012-ci ildə Qubada keçirilmiş "Vastness of Understanding" Beynəlxalq Skaut Düşərgəsinin və 2013-cü ildə Şəkidə keçirilmiş "Wonderland 2013 Azerbaijan" Beynəlxalq Skaut Düşərgəsinin Təşkilat Komitəsinin sədri funksiyalarını icra etmişdir. Onun təşəbbüsü ilə 2013-cü ildə Azərbaycanın adı 2017-ci ildə 41-ci Ümumdünya Skaut Konfransının və 13-cü Dünya Skaut Gənclər Forumun keçirilməsinə namizəd ölkələr siyahısına salınmışdır.