İlin Gənci
İl: 2016

Əsədov Samir Fəxrəddin oğlu

Əsədov Samir Fəxrəddin oğlu - Skripka ifaçısıdır. 50-yə yaxın əsərlərin ilk ifaçısı olub. Redaktə etdiyi skripka əsərləri Türkiyə, İran, İngiltərə kimi ölkələrdə çap olunub. Bir çox respublika əhəmiyyətli və beynəlxalq festivalların, konsertlərin iştirakçısıdır. Rusiyada, Gürcüstanda, Almaniyada keçirilən musiqi festivallarında "Ən yaxşı müasir musiqi ifaçısı" adına layiq görülüb. Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri ilə solo konsertlərlə çıxış edib.