Prezident Mükafatçıları
İl: 2019

Şahverənov Allahverdi Umud oğlu

28 yanvar 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2007-2013-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır. 2013-2016-cı illərdə hökumətlərarası müqavilə çərçivəsində Çin Xalq Respublikasının Huazong Elm və Texnologiya Universitetində tibb üzrə doktorantura səviyyəsində təhsil almışdır. Tibb üzrə fəlsəfə doktorudur. 5 elmi əsəri impakt faktorlu beynəlxalq jurnallarda nəşr edilib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiridir.