İlin Gənci
İl: 2018

Hüseynov Orxan İsa oğlu

Violonçel ifaçısıdır. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsində təhsil alır. M.Rostropoviç adına "Gənc ifaçıların I Bakı müsabiqəsi", N.Əliverdibəyov adına gənc ifaçıların V ümumbəşər müsabiqəsi", Q.Qarayev adına "Təhlil və ifa edir gənc musiqiçilər" II Respublika elmi-ifaçılıq müsabiqəsində I yerə layiq görülüb. Belçikada keçirilən "musica Mundi" festivalında iki dəfə Azərbaycanı uğurla təmsil edib (2016-2017). Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb (2016).