İlin Gənci
İl: 2018

Aslanov Elman Mehman oğlu

İctimai fəaliyyət ilə məşğuldur. Azərbaycan Kooperasiya Universitetinin tələbəsidir. Milli Məclisdə "Mənim səsim - mənim hüquqlarım: Parlament müzakirəsi" layihəsinin təşəbbüskarı, "Güclü iqtisadiyyatın Azərbaycan modeli" , "Yaşıl ideya - Yaşıl həyat", Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Beynəlxalq cinayətlərin cəzalandırılması üçün mövcud hüquqi mexanizmlər" kimi layihələrin rəhbəri olub (2017). Ümumilikdə 2 kubok, 18 sertifikat, 3 Fəxri fərman və 7 diplom ilə mükafatlandırılıb.