İlin Gənci
İl: 2018

Məmmədov Cəsər Sakit oğlu

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur (2008-2012). "Novruz", "Italiya Azərbaycan rəssamlarının gözü ilə", "Survive Azərbaycan", "Art enerji", "Portretlərin melodiyası", "Sərhədsiz incəsənət " kimi respublika sərgilərində iştirak edib. Azərbaycan rəssamlarının Turkiyədə kecirilən sərgisi, Seulda keçirilən Beynəlxalq sərgisi, Rusiyada Azərbaycan rəssamlarının sərgisi, Sinqapurda keçirilən Beynəlxalq sərgi, Belçikada keçirilən Azərbaycan rəssamlarının sərgisində, Sinqapurda "Qızıl əjdahanın simfoniyası", Luvr muzeyində keçirilən "Carrousel du Louvre", Londonda "Mall Gallery"-də keçirilən Beynəlxalq sərginin, Turkiyədə keçirilən Sapanca Turksoyun təşkil etdiyi "15-ci rəssamlar görüşməsi" Beynəlxalq Istanbul simpoziumunun iştirakçısıdır. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" rəsm müsabiqəsinin, Lissabonda və Moskvada keçirilən Beynəlxalq "Vera" festivallarının qalibi olub. Türkiyədə Dolmabahça sənət qalereyasında keçirilən Beynəlxalq sergide Birlik mükafatı, kubok və medala, "Bakının işıqları" rəsm sərgisində I yerə layiq görülüb. 1969 qalereyasında ferdi sergisi keçirilib (2014). Dədə Qorqud mükafatına layiq görülüb (2017). 2017-ci ilde Avropanın Şərəf ordeninə layiq görülüb