İctimai Şura

Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şura

1994-cü ildən Gənclər və İdman Nazirliyin yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir.

İctimai Şuranın əsas məqsədi

  • Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etməkdir.

İctimai Şura vəzifələri:

  • müvafiq dövlət qurumlarını, gənclərin qeyri-hökumət təşkilatlarını və beynəlxalq təşkilatları dövlət gənclər siyasətinin həyata keçirilməsinə cəlb etmək;
  • Azərbaycan Respublikasında gənclərlə bağlı dövlət siyasətinin formalaşmasında, normativ hüquqi aktların və dövlət proqramlarının işlənib hazırlanmasında iştirak etmək;
  • mövcud qanunlara, normativ-hüquqi sənədlərə dəyişikliklərin və əlavələrin edilməsi üçün təkliflər vermək;
  • zəruri hallarda yeni qanunların, normativ-hüquqi sənədlərin, dövlət proqramlarının layihələrini hazırlayıb müvafiq dövlət qurumlarına təqdim etmək;
  • gənclərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinin ictimai ekspertizasının  keçirilməsinə, eyni zamanda yeni qanunların hazırlanmasına və təkmilləşdirilməsinə gənclərin qeyri
  • hökumət təşkilatlarını, fondlarını və beynəlxalq təşkilatları cəlb etmək;
  • gənclərlə bağlı proqramların icrasına gənclərin qeyri-hökumət təşkilatlarını və fondlarını cəlb etmək;
  • respublikada və dünyada gedən ictimai-siyasi proseslərə dair müzakirələr aparmaq və ictimai fikri öyrənmək;
  • gənclərin təşkilatlanmasına və cəmiyyətin həyatında onların fəal iştiraklarına kömək etmək məqsədi ilə təkliflər hazırlamaq;
  • gənclərin qeyri-hökumət təşkilatlarının və fondlarının daxili strukturlaşması və sahələr üzrə peşəkarlaşması ilə bağlı problemləri araşdırmaq;
  • dövlət gənclər siyasəti ilə bağlı vətəndaş və ictimai təşəbbüsləri öyrənmək və təhlil etmək;
  • gəncləri narahat edən problemləri və qloballaşan cəmiyyətdə gənclərin yeni inkişaf meyllərini müəyyənləşdirmək, həlli ilə bağlı tövsiyələr hazırlamaq və müvafiq dövlət orqanlarına təqdimetmək;
  • gənclərlə iş sahəsində ictimai rəyi öyrənmək və qiymətləndirmək, o cümlədən gənclərin qeyri-hökumət təşkilatlarının, fondlarının fəaliyyətlərini əlaqələndirmək.

İctimai Şuranın hüquqları:

  • gənclərlə bağlı müvafiq dövlət orqanlarından, öz fəaliyyəti üçün zəruri olan məlumatları, eyni zamanda ictimaiyyətlə məsləhətləşmələri tələb edən məsələlər üzrə normativ-hüquqi aktların layihələrini almaq;
  • gənclərin qeyri-hökumət təşkilatları və fondları tərəfindən həyata keçirilən layihələri və yeni layihələrin hazırlanması məqsədilə müzakirələrin aparılmasını təşkil etmək;
  • gənclərin qeyri-hökumət təşkilatlarının və fondlarının fəaliyyətinə dəstək verilməsi məqsədi ilə metodiki, informasiya və texniki yardımın göstərilməsi üçün imkanları araşdırmaq;
  • aktual məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;
  • daimi və müvəqqəti işçi orqanlar ( komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaratmaq;
  • fəaliyyəti, qəbul etdiyi qərarlar və onların yerinə yetirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq,  illik hesabat hazırlamaq və dərc etdirmək;

    Azərbaycan Respublikasının qanunvericiliyi ilə İctimai Şuranın başqa hüquqları da nəzərdə tutula bilər.

İctimai Şuranın aktları:

  • qərarlar;
  • rəylər;
  • təkliflər;
  • müraciətlər.

İctimai Şurada dövlət qeydiyyatına alınmış, nizamnamə məqsədi və vəzifələri yalnız gəncləri əhatə edən qeyri-hökumət təşkilatları təmsil oluna bilər. İctimai Şuranın tərkibi Gənclər və İdman Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir.

İctimai Şuranın üzvlərinin hüquqları:

  • İctimai Şura tərəfindən keçirilən bütün tədbirlərdə fəal iştirak etmək;
  • İctimai Şuranın gündəliyinə məsələlərin daxil edilməsi üçün təkliflərlə çıxış etmək;
  • daimi və məvəqqəti əsaslarla yaradılan komissiyalar və işçi qruplara rəhbərlik etmək və təmsil olunmaq; 
  • İctimai Şuranın iclaslarında ekspertlərin iştirakı ilə bağlı təkliflər etmək;
  • materialların hazırlanmasında və məsələlərin baxılmasında iştirak etmək;
  • müxtəlif təşəbbüs və təkliflərlə çıxış etmək;
  • İctimai Şura üzvülüyünə xitam verilməsi barədə qərar aşağıdakı hallarda çıxarıla bilər:
  • İctimai Şura üzvü könüllü şəkildə üzvülüyünün ləğv edilməsi barədə yazılı müraciət etdiyi halda;
  • İctimai Şura üzvünün 4 (dörd) dəfədən artıq iclaslarda iştirak etmədiyi halda;

İctimai Şuranın strukturu

  • İctimai Şuranın iclasları;
  • İctimai Şuranın sədri;
  • İctimai Şura sədrinin müavinləri;
  • İctimai Şuranın komis­si­ya­ları;
  • İctimai Şuranın katibi.

QEYD: İctimai Şurada  müvəqqəti və daimi ekspert və işçi qrupları yaradıla bilər.

İndiyədək İcimai Şuranın iclaslarında Azərbaycanın Gənclərinin Forumlarının keçirilməsi, 2 fevral – Azərbaycan gəncləri gününün qeyd olunması, Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin fəal iştirakı, qanunların və dövlət proqramlarının layihələri,  gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, qondarma “erməni soyqırımı”nın tarixi gerçəklikdən uzaq olması, 2007-ci ilin gənclər ili elan olunması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə əlaqədar görüləcək işlər və s. məsələlər müzakirə olunmuş, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilmişdir.