Gənclər tədbirləri

Gənclər işinin reallığıAvropa Şurasının dəstəyi, Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi”nin birgə layihəsi
Gənclər işinin reallığıAvropa Şurasının dəstəyi, Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi”nin birgə layihəsi
Gənclər işinin reallığı19-25 oktyabr 2009-cu il tarixlərdə Bakı və Gəncə şəhərlərində Avropa şurasının dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs mərkəzi” nin təşkilatçılığı ilə “Gənclər işinin reallığı ” mövzusunda beynəlxalq tədbir keçiriləcək.
Milli mətbuatımızın 134-cü iliGənclər və İdman Nazirliyi Milli Mətbuatımızın 134-cü ilini mətbuat nümayəndələri ilə birgə qeyd etdi.
Gənclər və İdman Nazirliyi Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edirMüsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.10 bəndini, Gənclər və İdman Nazirliyinin kollegiyasının «Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında» qərarını və «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq gerçəkləşdirilir.
Tələbə baharıGənclər və İdman Nazirliyinin 2009-cu ilin l yarımilliyi üçün təsdiq edilmiş perspektiv iş planınına əsasən Tələbə və tələbə təşkilatları ilə iş sektoru tərəfindən "Tələbə baharı" tələbələrin lll ümumrespublika yaradıcılıq festivalının keçirilməsi planlaşdırılır. Festivalın keçirilməsində məqsəd, tələbə gənclərin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
ELANAZƏRBAYCANIN ALİ MƏKTƏB MƏZUNLARININ N Ə Z Ə R İ N Ə!
Beynəlxalq Elm Olimpiadası Bakıda2009-cu ilin dekabr ayında Bakıda keçiriləcək Beynəlxalq Elm Olimpiadasının loqosu artıq hazırdır. Bütün türk dünyası, şərqi-asiya ölkələrinə çox yaxşı tanış olan və özündə alovun dilini, gülü, həyatın başlanğıcını, yüksəlişə olan qüvvə, dəyişikliyi cəm edən “Buta” simvolu loqonun əsasını təşkil edir. Loqodakı 6 rəqəmi olimpiadanın neçənci dəfə keçirilməsini, 9 rəqəmi isə keçirilmə ilini göstərir.
“Novruz etüdləri” adlı rəsm müsabiqəsiAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Novruz etüdləri” adlı rəsm müsabiqəsinin keçirilməsinə start verilib. Müsabiqənin keçirilməsində məqsəd, tələbələri milli adət-ənənələrlə yaxından tanış etmək, yaradıcı və istedadlı gəncləri aşkar etmək, onlara dövlət qayğısını artırmaqdır.
“Qadın, gözəllik və incəsənət” fotomüsabiqəsinə start verilirAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə fevral ayının 10-dan gənclər arasında 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Qadın, gözəllik və incəsənət” adlı fotomüsabiqəyə start verilir.
“Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırki vəziyyət və prespektivləri” mövzusunda konfrans keçirildi16 yanvar tarixində Almaniyanın Konrad Adenauer Fondunun Akademiyasında Azərbaycan və Almaniyanın təhsil və gənclər sahəsində əlaqələrin genişləndirilməsi məqsədi ilə böyük konfrans keçirilmişdir. Gənclər və İdman Naziri Azad Rəhimov, Təhsil Naziri Misir Mərdanov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və digər Azərbaycanlı rəsmilərin qatıldığı tədbirin əsas məqsədi Almaniya və Azərbaycan arasında təhsil və gənclər sahəsində əlaqələri möhkəmləndirmək, yeni layihələrə imza atmaqdır.
Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırki vəziyyət və prespektivləriMəhz bu başlıq altında 16 yanvar tarixində Almaniyanın Konrad Adenauer Fondunun Akademiyasında keçirilməsi planlaşdırılan tədbirin əsas məqsədi Almaniya və Azərbaycan arasında gənclər və təhsil sistemində daha böyük yeniliklərin əldə edilməsi, qarşılıqlı əməkdaşlığın, tələbə mübadiləsinin möhkəmləndirilməsidir. Konfransın açılış mərasimində çıxış edəcək Gənclər və İdman Naziri Azad Rəhimov əsasən gənclərin Avropa fəaliyyəti, onların Avropada təhsili, diaspora fəaliyyətinin gənclər arasında formalaşması və digər mövzulara toxunacaq.
“YES AZƏRBAYCAN 2008” Sammiti24-27 sentyabr 2008-ci il tarixlərdə Bakı şəhərində Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin və “YES İnc” beynəlxalq təşkilatının birgə təşkilatçılığı ilə Dünya Gənclərinin IV Məşğulluq Sammiti (YES Azərbaycan 2008) keçirilmişdir. Sammitin keçirilməsində məqsəd – gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal işlərin aparılmasına nail olmaqdır. Tədbirdə dünyanın bir çox ölkələrini təmsil edən gənclər təşkilatlarının nümayəndələri, gənclərlə iş, təhsil və əmək siyasəti sahəsində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları və nazirləri, biznes şirkətlərinin və beynəlxalq təşkilatlarının nümayəndələri iştirak etmişdirlər.
Gənclərə islamafobiya və ya dini ayrıseçkilik necə təsir edə bilər?İslamafobiya, antisemitizm və dini və ya əqidə ayrıseçkiliyinin müxtəlif növlərinin gənclərə təsiri, bu problemlərin qarşısının alınmasında gənclərin fəaliyyətinin müzakirəsi.
YES Azərbaycan 200824-27 sentyabr Azərbaycan Dünya Gənclərinin 4-cü Məşğulluq sammitinə (YES) ev sahibliyi edəcək. YES sammitinin keçirilməsində məqsəd, gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal işlərin görülməsini təmin etməkdir.
Koreyalı gənclərin Bakı səfəriBu gün bir qrup Koreyalı gənc Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevlə görüşüb.
Bu gün 12 avqust – Beynəlxalq Gənclər GünüdürBu tarix 8-12 avqust 1998-ci il tarixlərdə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir. Qeyd olunmalıdır ki, bir çox ölkələrdə gənclərlə işləyən dövlət orqanları yoxudr. Sevindirici haldir ki, ölkəmizdə gənclərlə işləyən ayrıca dövlət orqanı – Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir və dövlətin gənclər siyasətini birbaşa həyata keçirir. Hazırda ölkə əhalisinin yaridan çoxunu məhz gənclər təşkil edir.
2008-ci ilin birinci yarımilliyində keçirilən tədbirlər27 yanvar – 3 fevral tarixlərdə Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi və Böyük Britaniyanın Milli Gənclər Agentliyi Bakıda “Gənclərin əməkdaşlığının yeni modeli” adlı beynəlxalq təlim kursu təşkil etmişlər. Təlim kursunda İngiltərə, Fransa, Almaniya, Polşa, Türkiyə, Macarıstan, Ukrayna, Moldova, Rusiya, Belarus və Gürcüstandan olan gənc liderlər iştirak etmişdir.
Norvecli gənclərin Azərbaycana səfəriAzərbaycan və norveç gəncləri arasında əməkdaşlıq artıq neçə illərdir ki, davam edir. Bu günə kimi Norveç skautları Azərbaycanda keçirilən bir neçə tədbirin iştirkaçısı da olmuşlar.
FASE-nin yay ForumuBu dəfə Avropada təhsil alan Azərbaycanlı tələbələr Yunanıstanın Afina şəhərində bir araya gəlmək qərarı veriblər.
 əvvəlki    1  2  3  4  5    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1279

Partnyorlar