Gənclər tədbirləri

Natiq olmağı arzu edən gənclər üçün Akademiyada təhsil imkanıGənclər və İdman Nazirliyinin maliyyə dəstiyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi natiqlik bacarıqlarını artırmaq arzusunda olan gənclər üçün 8 avqust tarixindən başlayaraq “Yay Gənclər Natiqlik Akademiyası” adlı layihəyə start verəcək.
Gənclərin Yay Karyera Məktəbi fəaliyyətə başlayır E L A NGənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 5 sentyabr 2011-ci il tarixdə “Yay Gənclər Karyera Məktəbi”adlı layihəyə start verir.
E L A NAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 2011-ci ilin iyun ayında Bakı şəhərində “Gənclər təşkilatlarının IV Respublika Sərgisi”ni keçirəcəkdir.
Gənclər “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlığında iştirak edirAzərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın layihəsi hazırlanır. Gənclərin layihənin hazırlığında real iştirakını təmin etmək məqsədilə dp2011@mys.gov.az elektron ünvanı yaradılıb ki, hər bir azərbaycanlı gənc proqramla bağlı fikirlərini həmin ünvana göndərə bilsin. Virtual ünvan 15 aprel tarixindən fəaliyyət göstərir və buraya artıq təkliflər daxil olur.
Mədəni İrsimiz-Tarixi DəyərimizGənclər və İdman Nazirliyi aprel və may ayları ərzində 16-21 yaş arası olan gənclər üçün «Mədəni İrsimiz-Tarixi Dəyərimiz» mövzusunda foto-müsabiqəyə start verir. Müsabiqəyə qatılmaq üçün gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər qəbul olunur.
Beynəlxalq mübadilələr – British Council-ın Fəal Vətəndaşlar proqramıAzərbaycanın Fəal Vətəndaşlar Şəbəkəsinə qoşulmaq və inkişafı dəstəkləmək üçün birgə işləyəməyi öyrənmək istəyirsiniz? Siz də təşkilatınız vasitəsi ilə icmanızın işində fəal şəkildə iştirak edirsiniz?
“GƏLƏCƏK NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ” IV Ümumrespublika İnşa Müsabiqəsinə start verilirAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında “Gələcək Nəsillərlə “Üz-Üzə” IV Ümumrespublika İnşa Müsabiqəsinə start vermişdir. Müsabiqənin rəsmi internet saytı: www.galacaknasillar.az.
İndoneziyaya səfər imkanıİndoneziyanın Qadcah Mada Universiteti 26 iyun-6 iyul 2011-ci il tarixlərində Cokcakarta şəhərində “Dream-2011” adlı 3-cü beynəlxalq tələbə yay Proqramı təşkil edir.
Gənclərin XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi “HTTM-2011” də iştirak imkanı28 iyun – 1 iyul 2011-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin 20 illik yubileyinə həsr olunmuş tədbirlər sırasında Gənclərin XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi “HTTM-2011” keçiriləcəkdir.
Gənc Xanım Modelyerlərin I Bakı Beynəlxalq Moda FestivalıGənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Nazrliyin uzunmüddətli əsasnaməsi və 2011-cu il üçün təsdiq olunmuş iş planına müvafiq olaraq həyata keçirilir.
2 fevral - Gənclər günü ilə əlaqədar keçiriləcək tədbirlərin siyahısı2 fevral - Gənclər günü ilə əlaqədar keçiriləcək tədbirlərin siyahısı
10 oktyabr dünyada psixi sağlamlıq günüdürProblemi olan gənclərin mütəxəssislərə birbaşa müraciəti. Lazımi məsləhətlərin təxirəsalınmaması və anonimliyinin qorunması. Daxil olmuş zənglər haqqında məlumatın xüsusi kodifikator vasitəsi ilə qeydə alınması. Bu və digər mühüm aspektlər 5 aprel 2006-cı il tarixindən Gənclər və İdman Nazirliyinin dəstəyi və “İnkişaf naminə təşəbbüs” İctimai Birliyi tərəfindən fəlayyətə başlamış ”Gənclər üçün krizis telefon xətti” nə şamil edilə bilər.
British Council-ın Fəal Vətəndaşlar ProqramıBritish Council Azərbaycanın gənclər təşkilatlarını Fəal Vətəndaşlar proqramında iştirak etməyə dəvət edir.
Dinc Yanaşı Yaşama üçün Gənclərin HəmrəyliyiGənclər və İdman Nazirliyi, “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı ictimai birliyi, Avropa Şurasının Avropa Gənclər Fondu birgə olaraq “Dinc Yanaşı Yaşama üçün Gənclərin Həmrəyliyi” adlı Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq tədbir təşkil edir.
Beynəlxalq Parlament Təqaüdü1 mart – 31 iyul 2011-ci il tarixlərində Berlində Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramı təşkil olunacaqdır. Bu proqram dünyanın hər yerindən olan gənclərə alman parlament sisteminin nəzəriyyə və praktikasını öyrənmək imkanı verir. Təqaüdçülər 5 ay müddətində Bundestaq deputatı yanında iş təcrübəsi keçəcək və eyni zamanda Berlin universitetlərində istədikləri dərslərdə iştirak edə biləcəklər.
Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqəAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının «Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında» qərarını və «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə layihələrin qəbulunu elan edir.
2009-cu ildə Gənclər və idman Nazirliyi tərəfindən maliyyələşmiş layihələrin siyahısı“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin (Gənclər təşkilatlarına dövlət yardımı), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.10 bəndinin (Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı üçün şəraitin yaradılması. Uşaq və gənclər təşkilatlarına dövlət yardımı), Gənclər və İdman Nazirliyinin kollegiyasının «Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında» qərarının icralarının təmin olunması məqsədilə 2009-cu ildə dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə 65 gənclər təşkilatının 95 layihəsinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1.341.957,32 manat məbləğində maliyyə vəsaiti xərclənmişdir.
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasına 2 dekabr start veriləcək2-11 dekabr 2009-cu il tarixdə Azərbaycanda Beynəlxalq Elm Olimpiadası keçiriləcəkdir. Olimpiada 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçiriləcək. 49 ölkədən olan 600-dən artıq tələbə və onların müəllimləri dekabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan Yeniyetmələrin Vİ Beynəlxalq Elm Olimpiadasında iştirak etmək üçün artıq müraciət edib.
Səttar Bəhlulzadənin 100 illik yubileyini gənc rəssamlar qeyd edəcəkAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edir.
Fəaliyyətdə aktiv olan gənclər gənclər təşkilatlarının fəaliyyətindən nə qədər razıdırlarBu və gəncləri maraqlandıran digər mövzular Bakı və Gəncə şəhərlərində 19-25 oktyabr tarixlərində Avropa Şurasının dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi” nin təşkilatçılığı ilə “Azərbaycanda Gənclər işinin reallığı ” mövzusunda keçiriləcək beynəlxalq tədbirdə müzakirə olunacaq.
 əvvəlki    1  2  3  4  5    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1279

Partnyorlar