Gənclər tədbirləri

“YOUTHVİSİON” II Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək
24 fevral, 2017 12:56

2017-ci ilin aprel ayının 21-də Bakı şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “YOUTHVİSİON” II Beynəlxalq mahnı müsabiqəsinin həyata keçirilməsi planlaşdırılır.

            Müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

            Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilmişdir. Müsabiqə 14-35 yaş arası gənclər arasında keçirilir. Müsabiqə iştirakçılarının seçimi hər bir ölkənin daxili qaydaları əsasında aparılır. Müsabiqədə müxtəlif ölkələrdə keçirilmiş musiqi və ifaçılıq üzrə gənclər müsabiqələrin qalibləri iştirak edə bilər. Youthvision.az saytı vasitəsi ilə qeydiyyatdan keçmiş və təşkilat komitəsi tərəfindən müvafiq bildiriş almış şəxs müsabiqənin iştirakçısı sayılır.

            Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzvü dəvət olunur.           

            Müsabiqənin ümümi mükafat fondu 6000 ABŞ dolları təşkil edir. Əsasnaməyə görə beynəlxalq münsiflər heyəti tərəfindən ən çox bal toplamış ilk üç yerin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılır: I yer- 3000 ABŞ dolları, II yer-2000 ABŞ dolları və III yer üçün 1000 ABŞ dolları məbləğində mükafat verilir. 

printerçap versiyası

Baxılıb: 230

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar