Gənclər tədbirləri

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələri haqqında
27 yanvar, 2017 11:25

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə Gənclər və İdman Nazirliyi tərəfindən aşağıdakı istiqamətlər üzrə müsabiqə elan olunmuşdur:

- Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak;

- gənclərin hüquqi maarifləndirilməsində iştirak;

- ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;

- Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi;

- Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi;

-  gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi;

- müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması;

- gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

- internat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi;

- gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi;

- sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi;

- erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması;

- cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi;

- beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi.

Müsabiəqyə 160 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim etmişlər. Müsabiqəyə təqdim edilmiş hər bir layihə təhlil edilmişdir. Təhlil zamanı layihənin davamlılığı, əhəmiyyəti, aktuallığı, daha çox gəncin əhatə edilməsi, göstərilən problemlərin əsaslandırılması, həmçinin, təşkilatın daxili idarəetmə strukturunun formalaşması, möhkəmlənməsi, təşkilatların təcrübələri, layihələrin icra planları, layihəyə cəlb edilən gənclər qrupu haqqında məlumatlar və s. bu kimi məqamlar nəzərdən keçirilmiş, layihələrin büdcə hissəsi möcvud normativlərə və orta bazar qiymətlərinə uyğunluğu yoxlanılmışdır.

Nəticədə 79 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilmişdir. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən  712.706  manat məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. 

Layihələrin icrası ilə bağlı 15 yanvar 2017-ci il tarixdən başlayaraq gənclər təşkilatları ilə müqavilələrin bağlanmasına başlanılacaq və müvafiq sənədləşmə işləri aparılacaqdır.

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş növbəti müsabiqənin nəticələri

printerçap versiyası

Baxılıb: 306

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1247

Partnyorlar