Gənclər tədbirləri

“Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə” foto müsabiqəsinin iştirakçısı olun ELAN
10 mart, 2016 12:29

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkiledilən “Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə” beynəlxalq foto müsabiqə 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində gerçəkləşəcək.

Foto müsabiqə  BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində həyata keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd foto sənəti vasitəsilə gənclər arasında mədəni müxtəliflik, tolerantlıq, qarşılıqlı anlaşma kimi dəyərlərinin inkişaf etdirilməsi, mədəniyyətlər  və dinlərarası dialoqun təşviq edilməsidir.

Müsabiqənin mövzusuna, məqsəd və vəzifələrinə uyğun əsər təqdim edən, 14-29 yaş arasında olan gənclər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə qatılmaq üçün  31 mart 2016-cı il tarixədək (Bakı vaxtı ilə 23:59-a qədər) photocontestunaoc@gmail.com  elektron poçt ünvanına aşağıda  qeyd olunanlar elektron poçt vasitəsilə təqdim edilməlidir:

 

Müsabiqəyə bir müəllif yalnız bir foto göndərə bilər. Birdən artıq foto göndərən müəlliflərin yalnız bir foto əsəri (Münsiflər heyətinin seçiminə əsasən) müsabiqəyə buraxılacaqdır.

Fotolar BMT-nin Sivilizasiyalar Alyansının müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq gənclərin təhsil, miqrasiya və media məsələlərini əhatə etməlidir (Daha ətraflı məlumat üçün http://www.unaoc.org/who-we-are/).

Müsabiqənin mövzusuna cavab verməyən, ekstremizm, ədavət, zorakılıq, insan ləyaqətini təhqir edən işlər müsabiqəyə buraxılmır.

Müsabiqəyə təqdim olunan işlər Münsiflər heyəti tərəfindən qiymətləndirilir. Münsiflər heyətinin qərarına əsasən qaliblər aşağıdakı qaydada müəyyən edilir:

1-ci yer - 1000 ABŞ Dolları

2-ci yer - 750 ABŞ Dolları

3-cü yer - 500 ABŞ Dolları

Qaliblərin mükafatlandırılma mərasimi Bakı şəhərində, Qlobal Forum çərçivəsində həyata keçiriləcəkdir. Qaliblərin Bakıya səfərinin təşkilini (yol, yaşayış, yemək və daxili nəqliyyat) Təşkilat Komitəsi öz üzərinə götürür.

Yekun olaraq BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumu zamanı ən yaxşı və maraqlı fotolardan ibarət sərgi keçiriləcək və kataloq nəşr olunacaqdır.

Daha ətraflı məlumat üçün foto müsabiqənin rəsmi Facebook səhifəsinə müraciət edə bilərsiniz: https://www.facebook.com/Baku-Forum-Photo-Contest-Bak%C4%B1-Forumu-%C3%A7%C9%99r%C3%A7iv%C9%99sind%C9%99-Foto-M%C3%BCsabiq%C9%99si-851170641672060/

printerçap versiyası

Baxılıb: 1945

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1211

Partnyorlar