Gənclər tədbirləri

ELAN
05 avqust, 2015 11:58

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adında tələbə sözü olan qeyri-hökumət gənclər təşkilatlarını, “Azərbaycan tarixi və mədəniyyəti, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ tarixi, mədəniyyəti haqqında həqiqətlərin yayılmasına dair fəaliyyətlər” mövzusunda müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqənin məqsədi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında, Qarabağ tarixi, mədəniyyətinə dair həqiqətlərin yerli və beynəlxalq səviyyədə yayılmasında tələbə - gənclərin iştirakına nail olmaq, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və bu istiqamətdə ictimai fəallığının artırılmasına kömək etməkdir.

  Müsabiqənin prioritet istiqaməti :

  • Azərbaycan tarixi və mədəniyyəti, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında tələbə - gənclərin təşəbbüslərinin artırılması, mövcud münaqişə haqqında məlumatların informasiya texnologiyaları vasitəsi ilə yayılması və təbliği, habelə Qarabağın tarixinə, mədəniyyətinə dair görüntülü, qrafik təsvirli, animasiya tipli, sənədli filmlərin, video – çarxların, musiqi kliplərin,  elektron məhsulların yaradılması;

 

Müsabiqə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının aşağıdakı yarımbəndlərinə uyğun keçirilir:

 

  • 6.2.6. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması;
  • 6.2.12. Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması;
  • 6.7.3. Ali və orta ixtisas təhsili müəssisələrində tələbə-gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi.

 

 Qayda və tələblər

 

 Layihə təklifləri təqdim edən təşkilatlar üçün tələblər:

  • Müsabiqəyə yalnız bir layihə təklifi təqdim oluna bilər, layihə təklifi bir və ya bir neçə təşkilat tərəfindən təqdim edilə bilər;
  • Layihə təklifləri yalnız bu elanda göstərilmiş istiqamətlərdən birinə uyğun          gəldiyi halda nəzərdən keçiriləcəkdir;
  • Layihə təklifləri və ona əlavə olunmuş sənədlər Gənclər və İdman Nazirliyinin  tələblərinə uyğun hazırlanmalıdır;
  • Layihə təklifində qoyulan problemlər əsaslandırılmalı və bütün məlumatlar dəqiq göstərilməlidir;
  • Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və gəlirin artırılmasını nəzərdə tutan layihə təklifləri maliyyələşdirilməyəcək;
  • Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 2 aydan az, 4 aydan çox olmamalıdır;
  • Layihə Azərbaycan dilində çap və elektron variantda (Arial şrift) təqdim edilməlidir;

         Layihə müraciət məktubuna əlavə olunan əsas sənədlər:

 

1.Layihə təklifi  - əlavə 1

2.Layihənin icra planı - əlavə 2

3.Layihənin büdcəsi (Excel proqramı formasında-nümunə) - əlavə 3  

4.Layihənin icrası haqqında qısa məlumat  - əlavə 4

 

Layihə təkliflərinə əlavə olunan digər sənədlər:

 

1.Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti.

2.VÖEN-nin surəti.

3.Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarış.

4.Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların tərcümeyi-halı (CV) və işinin təsviri.

5.Birgə layihələr olduğu təqdirdə birgə fəaliyyətə dair imzalanmış və möhürlənmiş müqavilə.

 

Büdcənin tərtibi üçün tələblər

              Gənclər və İdman Nazirliyi tərəfindən ödənilməyən hissə:

  • Layihə icraçılarına maaşın verilməsi;
  • Ofisin icarəsi və ya alınması;
  • Mebel avadanlığının icarəsi və alınması;
  • İnternet və kommunikasiya xərcləri;
  • Ofisin saxlanması üçün kommunal xidmətlərin ödənişi;
  • Təşkilatın veb səhifəsinin yaradılması, saxlanması və yeniləndirilməsi;

 

Gənclər və İdman Nazirliyi tərəfindən ödənilən hissə:

  • Konfrans zallarının icarəsi;
  • Ölkədaxili nəqliyyatın icarəsi və yol xərcləri;
  • Nəşriyyat xərcləri (kitab, buklet, plakat, döş nişanları, plakat, baner və s.);
  • Ölkədaxili ezamiyyələr;
  • Yemək və yaşayış xərcləri;
  • Texniki avadanlığın icarəsi;
  • Foto və video çəkiliş;
  • VEB səhifənin və gənclər üçün İKT resursların yaradılması;
  • Video çarxların hazırlanması;
  • Sənədli filmlərin, qrafik təsvirli, animasiya tipli filmlərin, elektron məlumat resurslarının hazırlanması;
  • Sair xərclər.

 

Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz :

  • Daşınmaz əmlakın satınalması;
  • Mövcud kəsirin ödənilməsi;
  • Təhsil üçün fərdi təqaüd;
  • Ayrı- ayrı fərdlərə maddi yardım;
  • Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.

Müsabiqənin müddəti:

           

        Layihə təkliflərinin qəbulu üçün son tarix: 25 avqust 2015-ci il, saat 18:00-dək

 

Adında tələbə sözü olan qeyri-hökumət gənclər təşkilatlarının layihələrinə müvafiq qaydada baxıldıqdan sonra maliyyə yardımının ayrılması ilə bağlı müvafiq qərar qəbul olunacaqdır.

Müsabiqədə tələblərə cavab verən məhdud sayda layihələr maliyyələşdiriləcəkdir.

Müsabiqənin nəticələri Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.  

 

Ünvan:

Bakı şəhəri, Olimpiya küç., 4,  AZ 1072

Gənclər və İdman Nazirliyinin inzibati binası

2-ci mərtəbə 212 otaq

Tələbə və tələbə təşkilatları ilə iş sektoru

Telefon: 4656443

E- mail : aelnur@mys.gov.az

 

Aşağıdakı sənədləri yükləyin:

Layihə təklif forması

İcra planı

Büdcə

Layihənin icrası qısa məlumat

Mürəciət məktubu

 

 

printerçap versiyası

Baxılıb: 2747

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1277

Partnyorlar