Gənclər tədbirləri

Gənclər “Azərbaycan gəncliyi” Dövlət Proqramında iştiraka dəvət olunur
14 may, 2015 09:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanması nəzərdə tutulub.

Bununla əlaqədar olaraq, Gənclər və İdman Nazirliyi gənclər və gənclərin qeyri-hökümət təşkilatları tərəfindən Dövlət Proqramı ilə bağlı təklliflərini qəbul etmək məqsədi ilə dp2016-2020@mys.gov.az elektron ünvanını yaradıb.

Artıq bir müddətdir ki, müxtəlif gənclər təşkilatlarında (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, Gənclər Təşkilatlarının Milli Şurasında) Dövlət Proqramının hazırlanması ilə bağlı  təkliflər qəbul olunur, debatlar aparılır.

Bütün gəncləri bu debatlara qoşulmağa və 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında yaxından iştirak etməyə dəvət edirik.

 

Məluamt üçün, növbəti müzakirənin 13 may 2015-ci il tarixdə 15:00-da Gənclər və İdman Nazirliyinin iclas zalında keçirilməsi nəzərdə tutulur.

printerçap versiyası

Baxılıb: 3094

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1211

Partnyorlar