Gənclər tədbirləri

“Gənclərin təşəbbüsləri” qısametrajlı sosial filmlər Festival-müsabiqəsi
05 aprel, 2013 11:24

Azərbaycan Hökuməti və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın 20 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Gənclərin təşəbbüsləri” adı altında gənclər arasında qısametrajlı sosial filmlər Festival-müsabiqəsini keçirir.

Festival-müsabiqənin keçirilməsində məqsəd – gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini uşaq və gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir. 

Festival-müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər.

Festival-müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial filmlər aşağıdakı istiqamətlərdən birini və ya bir neçəsini əhatə etməlidir:

  • Gənclərin öz həyatlarına təsir edən qərarların qəbulunda iştirakı;
  • Həssas və təcrid edilmiş qruplardan olan gənclərin sosial inteqrasiyası;
  • Sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin (siqaretçəkmə, narkomaniya, İİV/QİÇS-lə bağlı riskli davranışlar) profilaktikası;
  • Uşaq hüquqlarının müdafiəsi və uşaq və gənclərin bu sahədə maarifləndirilməsi;
  • Erkən nikahın gənc qadınların təhsilinə və sağlamlığına mənfi təsirləri;
  • Zorakılığın bütün formalarına qarşı mübarizənin aparılması;
  • Ətraf mühitin mühafizəsində gənclərin rolu.

         Festival-müsabiqəyə ağ-qara və yaxud rəngli formatda 10-20 dəqiqə arası çəkilmiş və DVD diskə köçürülmüş filmlər təqdim olunmalıdır. Qısametrajlı sosial filmlər bədii, sənədli və animasiya janrında çəkilə bilər.

         Festival-müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilmə meyarları aşağıdakı kimi olacaqdır:

  • işlərin bədii səviyyəsi və keyfiyyəti;
  • müsabiqənin şərtlərinə cavab verməsi və istiqamətlərdən birini və ya bir neçəsini özündə əks etdirməsi;
  • ideyanın orijinallığı;
  • savadlı kompozisiya həlli;
  • müəllif/lərin yaradıcı yanaşması;
  • işin təsiredici qüvvəyə malik olması, mövzunun asan qavranılması;
  • qısametrajlı filmlər əvvəllər heç yerdə nümayiş olunmamalıdır.

 

Festival-müsabiqə üzrə I yerə layiq görülmüş müəllif 2500 manat, II yer - 1500 manat, III yer - 1000 manat məbləğində pul mükafatı və diplomlarla təltif olunucaqlar. Bununla yanaşı I yerə layiq görülmüş müəllifə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən xüsusi mükafat təqdim olunacaqdır. Qalib gələn 3 (üç) qısametrajlı sosial film UNİCEF-in saytında yerləşdiriləcək, internet resurslardan və sosial şəbəkələrdən istifadə olunaraq təbliğ olunacaqdır.   

Festival-müsabiqədə iştirak edənlər hazırladığı qısametrajlı sosial filmləri və doldurulmuş iştirakçının müraciət vərəqəsini 20 aprel 2013-cü il tarixədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim etməlidir. Ünvan: AZ 1072, Bakı şəhəri, Olimpiya küçəsi 4, telefon nömrəsi (+994 12) 465 62 73, e-mail: arustam@mys.gov.az.

 

 

 

 

 

 

“Gənclərin təşəbbüsləri” gənclər arasında

qısametrajlı sosial filmlər festival-müsabiqəsinin

İŞTİRAKÇISININ MÜRACİƏT VƏRƏQƏSİ

 

Qısametrajlı sosial filmin adı

 

____________________________________________________________

 

 

Müəllifin adı, soyadı, atasının adı və şəxsiyyət vəsiqəsinin surəti/

 

Təşəbbüs qrupunun adı və üzvlərinin siyahısı      

 

____________________________________________________________

 

 

Təvəllüdü

 

_________________________________________________________________________________

Yaşadığı ünvan, telefon

(ev, iş, mobil), e-mail

 

 

____________________________________________________________

 

____________________________________________________________

 

Seçilən istiqamətin/

nominasiyanın adı

 

 

____________________________________________________________

 

İştirakçının imzası 

 

 

_____________________

 

Tarix

 

_____________________

 

printerçap versiyası

Baxılıb: 2969

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1242

Partnyorlar