Gənclər tədbirləri

Dünya Mobil Texnologiyaları üzrə Gənclər Forumu
05 aprel, 2013 11:21

Nəzərinizə çatdırırıq ki, 29-30 aprel 2013-cü il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Xəzər İnvestisiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində “Dünya Mobil Texnologiyaları üzrə Gənclər Forumu” keçiriləcəkdir.

Mobil texnologiyalarının son nailiyyətləri artıq dünyanın istənilən nöqtəsində, istənilən iş və ya ev şəraitində müxtəlif biznes fəaliyyətləri ilə məşğul olmağa imkan verir. Bütün bu inkişafa Azərbaycan da öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamı ilə bu ili “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan etmişdir. Qeyd olunmalıdır ki, bütün bu inkişaf prosesinin mərkəzində hədəf olaraq gənclər dayanmışdır.

“Dünya Mobil Texnologiyaları üzrə Gənclər Forumu”nda müxtəlif ölkələrdən təcrübəli ekspertlər, mentorlar və mobil aplikasiyaları üzrə peşəkarların, o cümlədən mobil texnologiyaları ilə əlaqəsi olan müxtəlif peşə sahələrinin nümayəndələrinin iştirakı gözlənilir. Forumun keçirilməsinə ECAbit (Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnoloji Parkları Şəbəkəsi) və İnfoDev (Dünya Bankı Qrupu daxilində olan Qlobal Əməkdaşlıq Proqramı) dəstək göstərmişdir.

Forumun keçirilməsində məqsəd - mobil texnologiyaları sahəsində gənclərin nailiyyətləri ilə tanış olmaq və mobil aplikasiyaların inkişafı vasitəsilə həyata keçirilmiş təcrübələri öyrənməkdir.

Forumda iştirak etmək istəyən gənclər ərizə formasını 19 aprel 2013-cü il tarixədək doldurub arustam@mys.gov.azayselh@momo.az e-mail ünvanlarına göndərmələri xahiş olunur. 

printerçap versiyası

Baxılıb: 3227

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1215

Partnyorlar