Gənclər tədbirləri

Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə
26 fevral, 2013 13:36

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin
əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarını və “Gənclər siyasəti haqqında”
Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir.
- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti
siyasətinin  formalaşdırılmasında iştirak; “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını
nəzərdə tutan yarımbəndlər
- 6.2.3. Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda
döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı
layihələrin həyata keçirilməsi;
- 6.2.6. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual
məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların,
mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata
keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin
istehsal olunması;
- 6.2.7. Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin
təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin,
olimpiadaların və festivalların keçirilməsi;
- 6.2.9.  Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi;
- 6.2.12. Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat
xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması;
- 6.3.7. Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair
interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və
distant məlumat-məsləhət xidmətlərinin yaradılması;
- 6.3.11. İnternet jurnalistikası üzrə təlimlərin təşkili;
- 6.4.6. İnternat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna
kömək göstərilməsi;
- 6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi;
- 6.6.2. Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən
tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi;
- 6.6.6. Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin
reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi;
- 6.8.1. Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə
əməkdaşlığın genişləndirilməsi.

Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına
dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən
(www.mys.gov.az) və ya aşağıdakı ünvana müraciət etməklə əldə edə
bilərsiniz. Layihələr 2013-cü ilin fevral ayının 25-dən mart ayının
19-dək Nazirliyin Ekspert – Məsləhət Şurasına çap və CD diskdə
elektron formada təqdim olunmalıdır.

Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoru
Bakı şəhəri, Olimpiya küç. 4, AZ 1072
Əlaqələndirici şəxslər: Fuad Babayev, Ramil Məmmədov
e.mail: bfuad@mys.gov.azmamedovr@mys.gov.azlayiheler@yahoo.com
Telefon: 465 84 19

printerçap versiyası

Baxılıb: 3176

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1282

Partnyorlar