İdman tədbirləri

Azad Rəhimov: “Rusiyada olan hər bir Azərbaycanlı vətəndaşın bu ölkəyə adaptasiya edib, yaşadıqları dövlətin dilini, adət ənənələrini bilib, hörmətlə yanaşmaları çox böyük önəm daşıyır.”Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın 24 -cü kanalı və Yekaterenburq vilayətində yayımlanan kanalı üçün hazırlanan “Azərbaycana yol” verilişinin çəkilişi məqsədi ilə ölkəmizə səfərə gəlmiş jurnalistlərə müsahibə verib.
Prezident İlham Əliyev İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdirPrezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman kompleksinin açılışında iştirak etmişdir.
Azad Rəhimov Amerikanın məşhur “USA today” qəzetinə müsahibə veribGənclər və idman naziri Azad Rəhimov Amerikanın “USA today” qəzetinin müxbirləri ilə görüşüb. Görüşün əsas məqsədi qəzetin Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə hazırlayacağı məqalədə ölkədə aparılan gənclər və idman siyasəti haqqında məlumatların da geniş yer almasıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub.Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, kompleksin inşasına “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli Sərəncamına əsasən başlanmışdır. Beş hektaradək ərazidə aparılan tikintiyə 2007-ci ilin yayında başlanmışdır.
Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə veribGənclər və İdman naziri Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə verib. Kanalın Azərbaycanla bağlı hazırladığı verilişin əsas istiqamətlərindən bu gün ölkədə aparılan gənclər siyasəti və Azərbaycanın sabahı olan gənclərlə bağlı planlar, onların problemlərinin həlli istiqamətində görülən işlərin işıqlandırılmasıdır.
MDB-nin 20 illiyinə həsr olunan iclasda idman və gənclər sahəsini əhatə edəcək bir sıra mövzular müzakirə olunacaq21 may 2010-cu il tarixində Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası MDB-nin 20 illiyinin keçirilməsi qərarını vermişdir. Məhz bu qərara müxtəlif tədbirlər planı daxil edilmişdir ki, Bakıda keçiriləcək iclas da MDB-nin 20 illiyinə həsr olunub.
MDB-nin 20 illiyi Bakıda qeyd olunacaq2010-cu il 27-28 may tarixlərində Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının toplantısında növbəti iclasın Bakıda keçirilməsi qərara alınmışdır.
Yeniyetmə və gənc qızlar arasında açıq Respublika birinciliyi keçiriləcək10 aprel 2011-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənc qızlar arasında sərbəst güləş üzrə açıq Respublika birinciliyi keçiriləcək. Azəraycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası tərəfindən keçirilən yarışda məqsəd ölkədə qadın sərbəst güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır. FİLA-nın mövcud qaydalarına əsasən keçirilən yarışda yerli güləşçilərlə yanaşı, Belarusiya və Ukrayna komandaları da iştirak edəcək.
Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIV Beynəlxalq Bakı turniri9 aprel 2011–ci il tarixdə Şağan Olimpiya İdman Kompleksində, İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor H.Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIV Beynəlxalq Bakı turnirinə start veriləcək.
2 qızıl, 1 gümüş, 1 bürünc6 aprel 2011 tarixdə Türkiyənin Antalya şəhərində Paralimpiyaçılar arasında Dünya Oyunlarına start verilmişdir.
22 fevraldan 11 mart tarixinədək baş tutacaq idman yarışlarının siyahısı25 fevral 2011-ci il tarixindən başlayaraq Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə respublika qış çempionatına start veriləcək. Çempionatda Bakı, Sumqayıt və Gəncə şəhərinin komandalarının iştirakı gözlənilir. Saat 10.30 da başlayacaq yarışlar 27 fevral tarixinədək davam edəcək.
19-27 fevral tarixlərində keçiriləcək idman tədbirləri25-27 fevral 2011-ci il tarixlərdə Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə respublika qış çempionatı keçiriləcəkdir. Çempionatda Bakı, Sumqayıt və Quba şəhər və rayonlarının komandalarının iştirakı gözlənilir.
15- 23 yanvar tarixlərində baş tutacaq idman yarışları15 yanvar 2011-ci il tarixində “Sərhədçi” Olimpiya İdman Mərkəzində cüdo idman növü üzrə dünya ustaları lisenziyalı beynəlxalq turnir keçiriləcək. Yarış 17 yanvar tarixinədək davam edəcək.
15-26 dekabr tarixlərinə olan idman tədbirləri15-18 dekabr 2010-cu il tarixdə Bakı İdman Sarayında boks üzrə Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Yarışda Rusiya, Türkiyə, Özbəkistan, Qazaxstan, Latviya, Polşa, İran, Gürcüstan, Çin, Dağıstandan olan idmançılar iştirak edir. Turnirdə Azərbaycan iki komandadan 20 idmançı ilə təmsil olunur.
Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursuna qatılmaq imkanıAvropa Şurası Gənclər və İdman Direktorluğu, Asiya-Avropa Fondu və Beynəlxalq Düşərgələrin təşkili üzrə Koreya Təşkilatı 9-15 noyabr 2010-cu il tarixlərdə Seul şəhərində Sosial Mühitdə İnsan Hüquqları üzrə Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursu təşkil edir.
1-30 iyun tarixində keçiriləcək idman yarışları03-07 iyun 2010-cu il tarixlərdə Türkiyənin Quş adası şəhərində sərbəst, yunan-roma və yeniyetmələrdən ibarət qadın güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə milli komandamız 23 idmancı ilə iştirak edəcək
“Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsiGənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tələbələr arasında “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsi keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsini tələbələr arasında təşviq etmək, gənclərdə Vətənə məhəbbət və hörmət hissi aşılamaq, İstedadlı tələblərin zehni, əqli və yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq və tələbələr arasında maarifləndirmə işini təşkil etməkdir.
5-18 mart tarixlərində keçiriləcək idman tədbirlərinin siyahısı5-18 mart tarixlərində keçiriləcək idman tədbirlərinin siyahısı.
22 fevral-10 mart tarixlərində keçiriləcək idman tədbirləri20 fevral-05 mart 2010-cu il tarixlərdə atletika idman növü üzrə respublika yığma komandası 3 nəfər tərkibdə beynəlxalq yarışlara hazırlıq məqsədilə Efiopiyanın Addis-Abeba şəhərində keçirilən təlim məşq toplanışında iştirak edəcəklər
 əvvəlki    1  2  3    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1247

Partnyorlar