İdman tədbirləri

Bakı şəhərində Respublika İdman Tibb Mərkəzinin təməli qoyuldu
22 iyun, 2012 17:08

 

Bu gün Bakı şəhəri Nərimanov rayonunda Respublika İdman Tibb Mərkəzinin  təməl qoyma mərasimi keçirildi. Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olipmiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Nərimanov Rayon icra hakimi Abdin Fərzəliyev və digər rəsmilər iştirak edirdilər.

Azad Rəhimov: “Bildiyiniz kimi bundan öncə Tofiq Bəhramov adına stadionun həyətində yerləşən Respublika İdman Tibb Sağlamlıq Mərkəzinin binası heç də müasir standartlara cavab vermirdi. Tam əminliklə demək olar ki, tikiləcək yeni bina müasir standartlara cavab verib, Azərbaycan idmançılarına daim sağlam  formada olub, qələbələr qazanmalarında yardımçı olacaq. İdmançıların mühüm nəticə göstərmələri üçün ciddi bərpa prosedurlarından keçmələri lazımdır.

Bu mərkəzdə  yüksək keyfiyyətli avadanlıqlar olacaq və ümid edirəm  ki, yüksək keyfiyyətli mütəxəssislər çalışacaqlar.

Respublika İdman Tibb Mərkəzinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayonu, Olimpiya küçəsində 0,2365 ha torpaq sahəsi ayrılmışdır. Tikinti işləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə yerinə yetiriləcəkdir.

Mərkəzin tikintisinin layihə-smeta sənədləri “RA Arxitekt” Şirkəti tərəfindən hazırlanmışdır.

Tikinti-quraşdırma işləri “Aikon CPİT” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcəkdir. Respublika İdman Tibb Mərkəzinin tikintisi işlərinin 2013-cü ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulmuşdur. Mərkəzin tikili altı sahəsi  2 312m2,

Ümumi tikinti sahəsi  4 617 m2 –dir.

Əsas bina  (ölçüsü dəyişən formada 12,5 x 66 metr, Hündürlükxarici=14,5 metr)

Mərkəzin binası 3 mərtəbə və zirzəmi hissədən ibarət olacaqdır.

Zirzəmi hissədə yeraltı dayanacaq və texniki otaqlar layihələndirilmişdir.

Mərkəzin giriş mərtəbəsində geniş foye, qeydiyyat otağı, qarderob, toplantı zalı, VİP zona, aptek, kafe, gözləmə zalı, müdiriyyət və işçi otaqları, növbətçi həkim otağı, labaratoriya, müalicəvi hovuz otağı, masaj otağı,

digər mərtəbələrdə isə müasir tibb avadanlıqları ilə təchiz edilmiş qanvermə, gips-sarğı, elektrokardioqramma, eqrospirometriya, exoqrafiya, oftomologiya, stelizasiya, donor qanın qəbulu, ortopediya, travmatologiya, elektroterapiya otaqları, foto, mikrodalğalı və yüksək keyfiyyətli fizoterapiya otaqları, lazerterapiya, maqnitoterapiya, rəqəmli rentgen, kompyuter tomoqrafiyası, radiologiya, intensiv və ümumi terapiya, palçıq müalicəsi otağı və.s. texniki və yardımçı otaqlardan ibarət olacaqdır.      

Əlavə olaraq Mərkəzin binası üçün avtonom qazanxananın inşa edilməsi, xarici su-kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi, ayrılmış sahənin hasarlanması, yaşıllıqların salınması, binanın müasir tibb ləvazimatları, inventarlar və mebel avadanlıqları ilə təchiz edilməsi, müasir isitmə-soyutma, ventilyasiya, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları və.s qurğularla təmin edilməsi nəzərdə tutulmuşdur. 

 

printerçap versiyası

Baxılıb: 1820

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1283

Partnyorlar