İdman tədbirləri

İlham Əliyev Sumqayıtda Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir
22 dekabr, 2011 12:05

Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Sumqayıt Olimpiya İdman Kompleksi haqqında məlumat verdi. Bildirildi ki, inşasına 2007-ci ildə başlanılan kompleksin tikintialtı sahəsi 4953, ümumi tikinti işlərinin sahəsi isə 13 min 477 kvadratmetrdir.

Dövlət başçısı və xanımı əvvəlcə kompleksin üçmərtəbəli binasındakı trenajor, ağır atletika zalları, tir otağı və kinozal ilə tanış oldular. Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2160 kvadratmetr olan 800 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır. Buradakı üzgüçülük hovuzunun uzunluğu 25, eni isə 12,5 metrdir. Ən müasir standartlar səviyyəsində yaradılmış bu idman qurğusunda İtaliya istehsalı olan və dünyanın aparıcı ölkələrində istifadə edilən xüsusi nəmalma qurğusu vardır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxanada yaradılmış şəraitlə tanış oldular. Bildirildi ki, 42 yerlik mehmanxanada otaqların 17-si iki, 7-si bir çarpayılıqdır. Burada bir lüks otaq da yaradılmışdır. Mehmanxanada ən müasir standartlar səviyyəsində yeməkxana da fəaliyyət göstərəcəkdir.

Dövlət başçısına və xanımına Azərbaycan olimpiyaçılarının milli geyim formalarını əks etdirən kataloq təqdim olundu.

Daha sonra Prezident İlham Əliyev uzunluğu 65, eni isə 40 metr olan süni örtüklü futbol meydançası ilə tanış oldu. Bildirildi ki, burada 110 metr uzunluğunda qaçış zolağı, açıq basketbol, voleybol və tennis meydançaları da inşa edilmişdir.

Ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.

Komplekslə tanışlıqdan sonra Azərbaycan Prezidenti burada şəhər ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşdü.

Dövlət başçısı ölkəmizdə olimpiya hərəkatının inkişafındakı xidmətlərinə, eləcə də müxtəlif idman yarışlarında əldə etdiyi nailiyyətlərə görə bir qrup şəxsə fəxri fərmanlar, yüksək fəxri adların vəsiqələrini və mənzillərin orderlərini təqdim etdi.

Sumqayıtlılar və idmançılar adından çıxış edən sərbəst güləş üzrə Azərbaycan milli yığma komandasının böyük məşqçisi Firdovsi Umudov dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

printerçap versiyası

Baxılıb: 1705

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar