İdman tədbirləri

İnsan hüquqları gənclərin gözü ilə E L A N
26 may, 2011 15:01

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “18 iyun İnsan Hüquqları günü”nə həsr olunmuş “İnsan haqlarına dair gənclər festivalı” nın keçirilməsi ilə əlaqədar olaraq müsabiqə elan edir.

Gənclər arasında insan hüquqlarının təbliğ olunması, insan hüquqlarına dair biliklərin artırılması, gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi keçirilən festivalın əsas məqsədidir.

Festival çərçivəsində iki müsabiqə keçiriləcək:
• Esse müsabiqəsi “ Müasir dünyada insan hüquqları” mövzusu üzrə aparılır.
• Rəsm müsabiqəsi “Mənim hüquqlarım” mövzusu üzrə aparılır.


Müsabiqənin şərtlərinə gəlincə qeyd etmək lazımdır ki, rəsm müsabiqəsində 14-25, esse müsabiqəsində isə 14-29 yaş həddində olan yeniyetmə və gənclər iştirak edə bilərlər.

Müsabiqəyə qatılan iştirakçı müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim etməlidir. Təqdim edilən əsərə müəllif tərəfindən doldurulmuş iştirakçı vərəqəsi əlavə olunur. Qeyd edək ki, iştirakçı qeyd edilən vərəqənin nüsxəsini www.mys.gov.az saytından, eləcə də müsabiqə üçün rəsm əsərlərinin toplandığı ünvandan əldə edə bilər.


Rəsm müsabiqəsinə işlər 25.05.11 tarixdən 13.06.11 tarixədək qəbul olunur.
Esse müsabiqəsinə işlər 25.05.11 tarixdən 10.06.11 tarixədək qəbul olunur.
 

Rəsm müsabiqəsi üzrə şərtlər:
• Müsabiqədə bir müəllif maksimum 2 (iki) işlə iştirak edə bilər.
• Müsabiqədə təqdim edilən işlər istənilən janr və texnikada işlənə bilər.
Esse müsabiqəsi üzrə şərtlər:
• Müsabiqə üçün təqdim olunan esselərin həcmi 2 səhifədən az olmamalıdır.
• Esselər A4 formatda, Arial 12 şriftində olmalı və təqdim olunmuş mövzunu əhatə etməlidir.

Qeyd : Müsabiqənin mövzusuna uyğun olmayan işlər müsabiqəyə buraxılmır.

Müsabiqə qalibləri hər nominasiya (rəsm və esse) üzrə I, II və III yer ilə mükafatlandırılacaq, eyni zamanda diplom və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.
Müsabiqənin nəticələri və qaliblərin adları yekun festivalda elan ediləcək.

Müsabiqə qaliblərini müəyyənləşdirilməsi əlaqədar dövlət orqanlarının və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək.


Əlaqə məlumat

Gənclər və idman Nazirliyi,
Bakı şəhəri, Olimpiya küçəsi,4
Tel.: (994-12) 4652155/ 0502090624
e-mail: hnargiz@mys.gov.az
Əlaqələndirici şəxs:
Nərgiz Hətəmova

 

printerçap versiyası

Baxılıb: 1632

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar