News
Published:8/23/2019 4:17 PM
Views:197

Nazir müavini vətəndaşlarla görüşdü

   23 avqust 2019-cu il tarixdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Şəmkir rayonunda Şəmkir və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda 14 nəfər vətəndaş iştirak edib.

     Müraciətlər gənclər və idman sahələrini əhatə edib. 

    Müraciətlərin bir qismi yerindəcə həll edilib, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə  qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.