News
Published:8/22/2019 10:08 PM
Views:161

DSX-nin Cəlilabad rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində tədbir keçirilib

Tədbirdə rayon Gənclər və İdman idarəsinin, Ombudsmanın Regional Mərkəzinin, Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin əməkdaşları iştirak etmişlər. Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov çıxış edərək, müstəqil, müasir Azərbaycan dövlətinin banisi, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini böyük minnətdarlıq hissi ilə qеyd еdib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə ölkəmizdə keçirilən yerli və beynəlxalq idman yarışlarının ölkəmiz üçün önəmindən danışıb.

Elçin Hüseynov bildirib ki, tədbirlər sırasında xüsusi yer tutan və artıq ənənəyə çevrilmiş “Sərhəd” hərbi-idman oyunları və digər tədbirlər sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında çox böyük əhəmiyyət kəsb edir.  
Tədbir Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə musiqili əyləncəli konsert proqramı ilə davam etdirilmişdir.