News

View all

Cəlilabadda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş kəndlərarası futbol yarışı keçirilib

4/19/2019 2:50 PM
Cəlilabad rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə ümümmilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş Şıxlar kənd açıq birinciliyi keçirilib. Birincilikdə 8 ətraf kənd komandaları iştitak etmişdir. Final oyununda Şıxlar kənd komandası Həziabad kənd komandasına qalib gələrək l yerə sahib çıxıb. Yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı yolunda gördüyü işləri, hər bir sahədə olduğu kimi idman sahəsində apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənc idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, futbol idman növünü yeniyetmələr arasında təbliğ etməkdən ibarətdir. Birinciliyin açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı naminə gördüyü işlərdən danışmışlar. Sonda qalib komandalar Gənclər və İdman idarəsinin fəxri fərmanı və pul mükafatı ilə mükafatlandırılıblar.
Read more

Partners

Facebook