Qanunlar

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
31 may, 2010 10:22
Tarix: 31.05.2010 | Saat: 17:21:00 | E-mail | Çapa göndər
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-ci il, № 8, maddə 613) aşağıdakı əlavələr edilsin: 

1. 1.0.26-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Qanuna aşağıdakı məzmunda 1.0.27-ci maddə əlavə edilsin: 

“1.0.27. idman mərc oyunları – idman yarışlarının nəticəsinin əvvəlcədən təxmin edilməsinə əsaslanaraq oynanılan və iştirak edənlər arasında düzgün təxmin edənlərə əvvəlcədən elan olunmuş meyarlar əsasında mükafat qazandıran oyunlar.”. 

2. Qanuna aşağıdakı məzmunda 53-1-ci maddə əlavə olunsun: 

“Maddə 53-1. İdman mərc oyunlarının təşkili və keçirilməsi 

53-1.1. İdman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədi ilə keçirilir. 

53-1.2. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən həyata keçirilir. 

53-1.3. İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

53-1.4. İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi bədən tərbiyəsi və idmanın inkişafına yönəldilir. 

53-1.5. İdman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”. 


İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 31 may 2010-cu il. 

printerçap versiyası

Baxılıb: 1689

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1277

Partnyorlar