Qanunlar

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
05 mart, 2010 10:20
Tarix: 05.03.2010 | Saat: 17:29:00 | E-mail | Çapa göndər
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 406, № 16, maddə 706; 1993-cü il, № 5, maddə 133; 1994-cü il, № 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 164, № 4, maddə 215, № 5, maddə 286; 2001-ci il, № 3, maddə 147, № 12, maddə 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 463; 2004-cü il, № 2, maddə 57, № 7, maddə 507; 2006-cı il, № 3, maddə 219; 2007-ci il, № 1, maddələr 1, 4; 2008-ci il, № 7, maddə 602) 3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin: 
“Çağırışaqədər yaşlı gənclərin və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların Vətənin müdafiəsinə fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər.”. 

II. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401; 2008-ci il, № 7, maddə 602) aşağıdakı əlavə və dəyişiklik edilsin: 
1. 35-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin: 
“Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.”. 
2. 55-ci maddənin ikinci hissəsində “para-olimpiya” sözləri “paralimpiya, deflimpiya və xüsusi olimpiya” sözləri ilə əvəz edilsin. 

III. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 484; 2001-ci il, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 75; 2007-ci il, № 6, maddə 560; 2008-ci il, № 7, maddə 602; Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 924-IIIQD nömrəli Qanunu) 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin: 
“Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.”. 

IV. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008-ci il, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009-cu il, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399; Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli, 4 dekabr tarixli 924-IIIQD və 927-IIIQD nömrəli, 2010-cu il 1 fevral tarixli 950-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 
1. 31-ci maddənin ikinci hissəsinin “o” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda “ö” bəndi əlavə edilsin: 
“ö) işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri üçün şəraitin yaradılması.”. 
2. 43-cü maddənin ikinci hissəsinin “g” bəndi “ğ” bəndi hesab edilsin və hissəyə aşağıdakı məzmunda “g” bəndi əlavə edilsin: 
“g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;”. 
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavənin “Əmək şəraitinin şərtləri” adlı 4-cü paraqrafında: 
3.1. “Məzuniyyət üzrə” bölməsindən sonra aşağıdakı məzmunda bölmə əlavə edilsin: 
“Bədən tərbiyəsi və idman üzrə 
4.33. İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır. 
4.34. İşçinin bədən tərbiyəsi və idman şəraiti məsələləri üzrə şərtlər: ____________________________________________________________”; 
3.2. “Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər” bölməsinin mətnində “4.33-4.35” rəqəmləri müvafiq olaraq “4.35-4.37” rəqəmləri ilə əvəz edilsin. 

V. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 405; 2001-ci il, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 242; 2003-cü il, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007-ci il, № 11, maddələr 1053, 1082; 2008-ci il, № 5, maddə 354; 2009-cu il, № 6, maddə 410) 4-cü maddəsinin 2-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: 
“Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.”. 

VI. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 473; 2001-ci il, № 11, maddə 676; 2002-ci il, № 5, maddə 241; 2007-ci il, № 10, maddə 938; 2008-ci il, № 7, maddə 602; 2009-cu il, № 5, maddə 310 ) aşağıdakı əlavələr edilsin: 
1. 10-cu maddə üzrə: 
1.1. birinci hissənin “b” yarımbəndinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və bəndə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: 
“bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün obyektlərin, o cümlədən idman şəhərciklərinin, zalların, hovuzların, həyətlərdə, parklarda və digər istirahət sahələrində sadə idman meydançalarının, sağlamlıq zonalarının və digər bədən tərbiyəsi-sağlamlıq və idman obyektlərinin tikinti layihələri.”; 
1.2. maddəyə aşağıdakı məzmunda səkkizinci və doqquzuncu hissələr əlavə edilsin: 
“İdman obyektlərinin layihələndirilməsi və tikintisi həmin obyektlərə əlillərin maneəsiz keçməsinin təmin edilməsi haqqında tələblərə riayət etməklə həyata keçirilir. 
Bütün növ təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması planlarına bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisinin salınması məcburidir.”. 
2. 15-ci maddənin üçüncü hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: 
“yaşayış sahələrinin tikintisi planlarına bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisinin daxil edilməsini.”. 

VII. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 477; 2001-ci il, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2006-cı il, № 2, maddə 75; 2007-ci il, № 6, maddə 561, № 12, maddə 1197; 2008-ci il, № 7, maddə 602) 3-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin: 
“Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.”. 

VIII. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008-ci il, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009-cu il, № 5, maddə 315, № 7, maddə 517; Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 143-1-ci maddə əlavə edilsin: 
“Maddə 143-1. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.”. 

IX. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, № 12, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611; Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD, 897-IIIQD nömrəli, 26 noyabr tarixli 923-IIIQD nömrəli, 4 dekabr tarixli 924-IIIQD, 929-IIIQD nömrəli və 15 dekabr tarixli 931-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 68-6-cı, 68-7-ci, 68-8-ci və 68-9-cu maddələr əlavə edilsin: 

“Maddə 68-6. Rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmə və idman yarışlarına buraxma 

Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman təşkilatları tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsinə və ya idman yarışlarına buraxılmasına görə -
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir. 

Maddə 68-7. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadə və ya istifadəni təbliğ etmə 

Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya istifadəni təbliğ etməyə görə - 
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir. 

Maddə 68-8. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, 
istifadəsinin vasitə və metodları, onların əldə edilməsi 
mümkün olan yerlər haqqında məlumatların yayılması 

68-8.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına və ya satılmasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. 
68-8.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə - 
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir. 
Maddə 68-9. Dopinq nəzarəti qaydalarının pozulması 
Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə - 
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.”. 

X. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004-cü il, № 6, maddə 399; 2005-ci il, № 4, maddə 278; 2006-cı il, № 11, maddə 929; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008-ci il, № 6, maddə 462, № 7, maddələr 602, 607) aşağıdakı əlavələr və dəyişikliklər edilsin: 

1. Məcəlləyə aşağıdakı məzmunda 10.2.2-1-ci maddə əlavə edilsin: 
“10.2.2-1. bədən tərbiyəsi və idmanla məşğul olmaq;”. 
2. 74.2-ci maddədə “gündəlik qayda” sözləri “gün bölgüsü” sözləri ilə əvəz edilsin. 
3. Məcəlləyə aşağıdakı məzmunda 91-1-ci maddə əlavə edilsin: 

“Maddə 91-1. Cəzaçəkmə müəssisələrində bədən tərbiyəsi və idman 

91-1.1. Cəzaçəkmə müəssisələrinin rəhbərliyi azadlıqdan məhrum edilmiş şəxslərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün şəraiti təmin edir və idman tədbirlərinin keçirilməsini təşkil edir. 
91-1.2. Cəzaçəkmə müəssisələrinin gün bölgüsündə fiziki məşqlər, o cümlədən səhər gimnastikası və gündə bir saatdan az olmayaraq idmanla məşğul olma nəzərdə tutulur. 
91-1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər müəyyən edilmiş normativlərdən əlavə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün öz vəsaitləri hesabına idman geyimi və alətləri əldə etmək hüququna malikdirlər.”. 
4. 91.9-cu maddənin birinci cümləsindən “, həmçinin idman paltarı” sözləri çıxarılsın. 
5. 101.3-cü maddədə “gündəlik qaydasında” sözləri “gün bölgüsündə” sözləri ilə əvəz edilsin. 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 5 mart 2010-cu il. 

printerçap versiyası

Baxılıb: 1339

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar