Qanunlar

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
22 may, 2011 10:16
Tarix: 20.02.2001 | Saat: 15:00:00 | E-mail | Çapa göndər
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, №18, maddə 814; 1994-cü il, №15, maddə 177; 1995-ci il, №22, maddə 354; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, №6, maddələr 453, 494; 1998-ci il, №1, maddə 10; 1999-cu il, №5, maddə 284; 2000-ci il, №6, maddə 379; Azərbaycan Respublikasının 2001-ci il 1 fevral tarixli, 70-IIQD nömrəli Qanunu) 6-cı maddəsinin ikinci hissəsində “Olimpiya və Dünya çempionlarının” sözləri “Olimpiya oyunları mükafatçılarının, eləcə də iki dəfədən artıq olimpiya növləri üzrə dünya və qitə çempionatlarının qaliblərinin” sözləri ilə əvəz olunsun.
II. “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiya və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, №16, maddə 697; 1994-cü il, №15, maddə 176; 1995-ci il, №17-18, maddə 285; Azərbaycan Respublikasının qanunları, 1996-cı il, №1; Azərbaycan Respublikası qanunvericilik toplusu, 1997-ci il, №2, maddə 81; №5, maddələr 356, 378, №6, maddə 452, 1998-ci il, №1, maddə 16; 1999-cu il, №4, maddə 217, №7, maddə 395) 11-ci maddəsinə aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin:
“Əlillərin bədən tərbiyəsi və idmanı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir”.
III. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, №22, maddə 352, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, №12, maddə 742; 1999-cu il, №4, maddə 225) 34-cü maddəsinə aşağıdakı redaksiyada “i yarımbəndi əlavə edilsin:
“i) yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları”.
IV. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, №1, maddə 12; 1999-cu il, №4. maddə 225; 2000-ci il, №8, maddə 587) 17-ci maddəsinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 1-ci bəndin on birinci abzasında “idman müəssisələrində” sözləri “idman obyektlərində” sözləri ilə əvəz edilsin.
2. 1-ci bəndə aşağıdakı redaksiyada on ikinci abzas əlavə edilsin:
“spirtli içki və tütün məmulatlarının idman yarışlarının radio-teleyayımı zamanı reklam yayımına”.
V. Azərbaycan Respublikasının 1997-ci il 3 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, №1, maddə 14) aşağıdakı redaksiyada 25-1-ci bənd əlavə edilsin:
“25-1. Hərbi qulluqçuların fiziki hazırlığı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir”.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2001-ci il. 

printerçap versiyası

Baxılıb: 2229

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar