Olimpiya çempionları

Abdullayev Namiq Yədulla oğlu
12 mart, 2013 12:49

Abdullayev Namiq Yədulla oğlu 1971-ci il yanvarın 4-də Bakı şəhərində anadan olub.
1988-ci ildə ADBTİ-ya daxil olub, 1992-ci ildə həmin institutu bitirib, 1992-ci ildə hərbi xidmətə çağrılıb, 2000-ci ildə BDU-nun hüquq fakültəsinə daxil olub, 2004-cü ildə həmin universiteti bitirib. 1983-cü ildən Azərbaycan Respublikasının əməkdar məşqçisi Vahid Məmmədovun başçılığı ilə “Spartaq” İC-də sərbəst güləş idman növü ilə məşğul olmağa başlayıb, dəfələrlə Azərbaycan çempionu və bir çox beynəlxalq turnirlərin qalibi olub. 1989-xu ildə SSRİ birinciliyində (gənclərin) gümüş, 1990-ci ildə SSRİ çempionatında bürünc medal qazanıb. 1990-cı ildə “Dünya kuboku” qarıçlarının qalibi, 1991-ci ildə SSRİ birincikiyinin qalibi olub. 1991-ci ildəgəncdər arasında SSRİ xalqlarının spartiakidasında gümüş, 1991-ci ildə dünya birincilliyində bürünc (gənclər), 1992-ci ildə sonuncu dəfə kecirilən MDB ölkələrinin çempionatında qızıl medal qazanıb. Aleksandr Medvedin şərəfinə kecirilən “Qran-Pri” beynəlxalq turnirinin üçqat qalibidir. 1996-cı ildə İvan Yarıginin şərəfinə keçirilən “Qran-Pri” qurnirinin qalibi olub, 1997-ci ildə isə həmin turnirdə II yerə layiq görülüb. 1994, 1995, 2003-cü illərdə Avropa çempionatında qızıl medal qazanıb, 1996-cı ildə III yerə, 1997-ci ildə II yerə, 2006-ci ildə II yerə layiq görülüb. 1994, 1998, 2002-cı illərdə dünya çempionatında gümüş, 2006-cı ildə bürünc müdal qazanıb. 1995-ci ildə Hərbiçilərin Olimpiya Oyunlarında II yerə çıxmış, 1996-cı ildə XXVI Yay Olimpiya Oyunlarında gümüş (II yer,Atlanta), 2000-ci ildə Avstraliyada keçirilən XXVII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Sidney Yay Olimpiya Oyunlarının paradında Azərbaycan komandasının bayraqdarı olub. “Dünya Kuboku” yarışının qalibi – 2004, Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının iştirakçısı olub. 1995-ci ildə “Tərəqqi” medalı, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının əməkdar idman ustası (2006), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2007), Milli Olimpiya Komitəsinin İcraiyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdçüsü (2001), Heydər Əliyev Fondunun Olimpiya çempionları üçün təqaüdçüsüdür (2008). Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar İdarəsində idman komandasının rəisi vəzifəsində xidmət edir. Rütbəsi polkovnik-leytenantdır.

printerçap versiyası

Baxılıb: 9585

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1277

Partnyorlar