Olimpiya çempionları

Mansurov Fərid Salman oğlu
12 mart, 2013 12:26

Mansurov Fərid Salman oğlu 1982-ci il mayın 10-da Gürcüstanın Dmanisi rayonunda anadan olub. Məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Əliqulu Həsənoğludur. Yeniyetmələr arasinda dünya çempionatının gümüş mükafatçısı, gənclərin dünya birinciliyinin çempionudur (2002, Özbəkistan-Daşkənd). Dünya çempionatında gümüş medal qazanıb. (2002, Rusiya). Bir sıra “Qran-Pri” turnirlərinin qalibi olub.
Fərid Mansurov 2004-cü ildə, Afinada 66 kq çəki dərəcəsində, yunan-Roma güləşi üzrə XXVIII Yay Olimpiya Oyunlarının qalibi olub.
Azərbaycan Respublikaı Prezdidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
Ikiqat Dünya çempionudur (2007, Bakı, 2009, Danimarka, Herninq ş.). XXIX çempionudur. Yay Olimpiya Oyunlarının içtirakçısıdır (2008, Pekin, Çin ). “Qızıl Qran-pri” turnirində I yerə layiq görülüb (2009, Bakı).
Hazırda Fərid Mansurov yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisidir.

printerçap versiyası

Baxılıb: 7598

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1211

Partnyorlar