2010-03-12 17:06
“Biz Regionlarda AİDS Görmürük”GƏNCLƏR KAMPANİYASI haqqında
“Azad Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Biz Regionlarda AİDS Görmürük" adlı layihənin icrasına başlamışdır. Layihənin əsas məqsədi "Biz Regionlarda AİDS Görmürük" adlı Gənclər Kapmaniyası aparmaqla gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları əsrin təhlükəli xəstəliyi hesab olunan AİDS-dən qorumaqdır. Qazax rayonunda adı çəkilən layihə uğurla həyata keçirilmişdir.
daha ətraflı
2010-03-12 15:51
İdmançımız finalda
Azərbaycanı Qətərdə yüngül atletika üzrə keçirilən Dünya çempionatında təmsil edən Layeş Abdullayeva 8. 49. 65 hesabı ilə finala vəsiqə qazanmışdır.
daha ətraflı
2010-01-06 12:43
2009-cu ildə Gənclər və idman Nazirliyi tərəfindən maliyyələşmiş layihələrin siyahısı
“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin (Gənclər təşkilatlarına dövlət yardımı), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.10 bəndinin (Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı üçün şəraitin yaradılması. Uşaq və gənclər təşkilatlarına dövlət yardımı), Gənclər və İdman Nazirliyinin kollegiyasının «Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında» qərarının icralarının təmin olunması məqsədilə 2009-cu ildə dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə 65 gənclər təşkilatının 95 layihəsinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1.341.957,32 manat məbləğində maliyyə vəsaiti xərclənmişdir.
daha ətraflı
